• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Bu gün, 16:00 | Baxılıb: 18
“Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına iyunun 14-də keçirilmiş qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri elan edib.

DİM-dən Diaspor.info-ya bildirilib ki, bundan əvvəl qapalı və kodlaşdırıla bilən açıq tipli 95 tapşırıq üzrə nəticələr açıqlanmışdı. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının qiymətləndirilməsi də yekunlaşdırılıb və iştirakçıların yekun imtahan balları təqdim edilib. Bakalavrlar imtahanda qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla ümumilikdə 100 bal toplaya bilərlər.

Yekun nəticələr DİM-in internet saytında yerləşdirilib. Bakalavrlar nəticələrini, həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanında müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" əsasında aparılacaq. Həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə DİM tərəfindən iyulun 8-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil olunacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyən bakalavrlar iyulun 6-sı saat 10:00-dan iyulun 8-i saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bildirilib ki, bir bakalavrın müraciəti üzrə müzakirə üçün maksimum 15 dəqiqə vaxt ayrılır. Müəyyən edilmiş vaxt başa çatdıqda, kənar şəxsin müzakirəyə qoşulduğu və ya etik davranış qaydalarının pozulduğu hallarda müzakirə dayandırılır.

DİM qeyd edib ki, apellyasiya zamanı yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlərə baxılacaq. Cavab kartında təlimata uyğun olmayan formada qeyd edilmiş cavablar, eləcə də optik oxunma zamanı səhv nəticəyə səbəb olan düzəlişlərlə bağlı müraciətlər isə nəzərə alınmayacaq.скачать dle 10.6фильмы бесплатно


18

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib
Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib
Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib
Bu il "e-müqavilə" altsistemində bağlanan müqavilələrin dəyəri 1 milyard manatı ötüb
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib

Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib

Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib

Bu il "e-müqavilə" altsistemində bağlanan müqavilələrin dəyəri 1 milyard manatı ötüb

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Milli Məclisin növbəti iclasında 17 məsələ müzakirə olunacaq

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşüb

Azərbaycanda bir sıra qanunlar "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.