• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək

Bu gün, 12:00 | Baxılıb: 20
“İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

Diaspor info xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik təklfi edilir.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.скачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib
Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib
Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib
Bu il "e-müqavilə" altsistemində bağlanan müqavilələrin dəyəri 1 milyard manatı ötüb
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib

Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib

Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib

Bu il "e-müqavilə" altsistemində bağlanan müqavilələrin dəyəri 1 milyard manatı ötüb

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

Milli Məclisin növbəti iclasında 17 məsələ müzakirə olunacaq

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşüb

Azərbaycanda bir sıra qanunlar "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.