Azərbaycan 44 gün davam edən edən Vətən müharibəsində Ermənistan üzərində tarixi Zəfər qaznadıqdan sonra Ermənistan sülh müqaviləsi bağlamaq haqqında, öz gələcəkləri haqqında düşünmək əvəzinə, öz qonşuları ilə münasibətlərini normallaşdırmaq əvəzinə əvvəlki xəyallarında qalmaqdadırlar. Onalar həm Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttəndə, həm də digər sahələrdə təxribatlar törətməkdə davam edirlər. UEFA konfrans Liqasnın pley-off mərhələsinin “Marsel” – “Qarabağ” oyununda ermənilər təxribata əl ataraq stadionda Ermənistan bayraqlarnı nümayiş etdirmişlər. Bunadan başqa ermənilər stadiona təxribat xarakterli banerlər gətirsələr də stadionun mühafizə xidməti bu banerlərin nümayişinə imkan verməyiblər. Baş verən təxribatla bağlı AFFA və “Qarabağ” futbol klubu UEFA-ya müraciət edib. UEFA Konfrans Liqasının 1/16 final mərhələsində baş tutan “Marsel”- “Qarabağ” oyunundan sonra “Marsel”ə qarşı intizam işi açıb. Ermənistan Futbol Federasiyası prezidentinin keçmiş müşaviri Zöhrab Yeqenyanın baş verən təxribatla bağlı açıqlaması var. O ermənilərə xitabən bildirir ki, bu gün azərbaycanı təmsil edən “Qarabağ” “Marsel”lə oynayır, bəs bizim “Ararat” hardadır. O Ermənistan Futbol federasiyasını tənqid edərək bildirir ki, bizim qonşularımız, yəni Azərbaycan bu illər ərzində “Qarabağ” adı ilə milyonlarla insanı özünə cəlb etmişdir. Bəs biz nə etmişik? Ermənistan nümayəndəsi öz həmvətənlərinə müraciət edərək billdirir.ki, gəlin bir qədər ağıllanaq.
“Qarabağ” futbol klubu bizim üçün təkcə futbol klubu deyil, o həmdə Azərbaycanı bütün dünyada təmsil edən bir komandadır. “Qarabağ” futbol klubu həm Vətən müharibəsindən qabaq, işğal dövründə, həm də Vətən müharibəsində əldə olunmuş tarix qələbədən sonra Qarabağ adını həmişə uca tutub və bu adı bütün Avropa və Dünya məkanında təbliğ edirlər. “Qarabağ”ın UEFA Konfrans Liqasının 1/16 final mərhələsində oynaması özü tarixi bir uğurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi naliyyətə imza atan “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Cənab Prezident əldə edilmiş bu tarixi uğur münasibətilə klubun üzvlərini ürəkdən təbrik edərək bildirib ki, “Qarabağ” futbol klubu bu tarixi uğuru ilə təkcə klubun azarkeşlərini deyil, bütün azərbaycan xalqını sevindirib. “Qarabağ” futbol klubu beynalxalq yarışlarda böyük uğurlar qazanaraq xalqımızı, ölkəmizi, Azərbaycanı layiqincə təmsil edir. Artıq “Qarabağ” klubunun adı çəkiləndə hamı Azərbaycan haqqında düşünür, Azərbaycan haqqında fikirləşir. Ona görə də təkcə futbolsevənlər deyil, bütün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı “Qarabağ” futbol klubuna dəsdək olmalıdır. Çünki Qarabağ Azərbaycandır!
Rauf Əliyev, Milli Məclisin deputatı