"Ötən ilin iyun ayında Azərbaycanın qurtuluş günündə imzalanmış Şuşa bəyannaməsi dövlətlərarası müqavilədir". Bu sözləri Diaspor info-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, uzun müddət bəziləri iddia etdi ki, bu yalnız iki dövlətin öz məramlarını, arzularını ifadə etməsidir: "Ancaq beynəlxalq hüquqa görə, Şuşa bəyannaməsi dövlətlərarası müqavilədir. Dövlətlərarası müqavilələr də Azərbaycan Respublikasının 95-ci maddəsinə görə, mütləq parlamentdə təsdiq olunmalıdır. Bundan əvvəl də Türkiyə ilə Azərbaycan arasında bu cür müqavilələr imzalanmışdı. 2013-cü ilin avqustunda strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdı. Həmin müqavilələr əsasında 2016-cı ildə çox mühüm protokol imzalandı. Amma Şuşa bəyannaməsi xüsusi yer tutur. İndiyə qədər imzalanmış bəyannamələrdən fərqli olaraq Şuşa bəyannaməsi erməni cəmiyyətinə şok effekt yaratdı. Ermənistan tərəfi bu bəyannaməni qorxu ilə qarşılamışdı. Hesab edirəm ki, qorxunun bu işdə heç bir faydası yoxdur və gələcək nəsillər Şuşa bəyannməsinin necə mühüm sənəd olduğunu daha düzgün qiymətıəndirə biləcəklər".
Arzu Qurbanzadə
187