“Şuşa şəhərinin əsasının qoyulmasının 270 ili tamam olur. Bu şəhər Azərbaycan xalqının tarixində bir mədəniyyət mərkəzi kimi böyük rola sahibdir”. Bu sözləri Diaspor info-ya açıqlamasında Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov bildirib.
Onun sözlərinə görə, ən əsası isə 30 ilə yaxın bir müddət ərzində işğalda qalan Şuşa artıq yenidən qurulur: “Eyni zamanda bu şəhərin Azərbaycan tarixinin müxtəlif mərhələlərində müstəsna rolu olub. Bu şəhər Azərbaycan tarixinə, mədəniyyətinə, elminə və siyasi tarixinə böyük şəxsiyyətlər bəxş edib. Buna görə də bu ilin “Şuşa ili” elan edilməsi təsadüfi deyil. Bu çərçivəsində müxtəlif tədbirlər görülüb, konfransların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda dünyanın istənilən nöqtəsində olan Azərbaycanlılar üçün Şuşa çox əziz olan bir şəhərdir. Azərbaycan xalqının mədəniyyətinin güzgüsüdür. Təbii ki, 270 il o qədər də böyük bir vaxt deyil. Lakin bu şəhərin əsasının qoyulması elm, mədəniyyət tarixində böyük əhəmiyyət daşıyır”.
Müəllif: Səbinə Hüseynli