"Son günlərdə gedən müharibənin nəticəsində iqtisadi və hümanitar problemlər yaranıb. Müharibənin ən dəhşətli nəticələrindən biri isə insan tələfatıdır". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəfdən də xeyli itki var: "Ona görə də bu məsələni diplomatik yolla həll etmək lazımdır. Yəni, müharibəni dayandırmalı və danışıqlar apararaq beynəlxalq hüquq normativləri ilə müəyyən qərar verilməlidir".
Deputat sözlərinə belə davam edib: "Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Müharibə müddətində Ukraynaya humanitar yardım göstərib. Ukraynadakı təcili yardım maşınları ödənişsiz şəkildə yanacaqla təmin edilib".
Ayşən Vəli
108