Bu gün Xocasən qəsəbəsində 4000 ağac əkilib. Ekologiya Nazirliyinin mətbuata xidmətindən Diaspor info-ya verilən məlumata görə, yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə "SOCAR Cape" MMC-nin əməkdaşları da qoşulub.
Torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "SOCAR Cape" MMC-nin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
250