Layihənin icra müddəti 15 sentyabr 2021 – ci il tarixdən 29.07.2022 – ci ilə qədərdi.
Layihənin ilk aylarında təşkilatı işlər görülüb. Düşərgədə iştirak edəcək şagirdlərdən müsahibələr aparıldı. Müsahibədə 100-dən çox şagird iştirak etdi. Onlardan 30 nəfər düşərgədə iştirak hüququ qazandı. Layihə rəhbəri Balakən rayon Nəsimi adına şəhər 2 saylı məktəbin direktoru Samirə Varansovadır, layihənin Eksperti Gənclər və Təhsil sahəsi üzrə Ekspert Etiram Sadıqzadə, Koordinator – Murad Bicilovdur,düşərgə rəhbəri – Rəşidli Zeynal .
22.03.2022 – də layihənin və düşərgənin rəsmi açılış mərasimi keçiriləcək. Layihə çərçivəsində 4 gecə 5 günlük düşərgə keçiriləcək. Düşərgə çərçivəsində günün fəaliiyət planına uyğun olaraq təlimlər, seminarlar, oyunlar və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəyyən tədbirlər görüləcək. Layihənin əsas məqsədi “Şagirdlərin psixoloji durumların yaxşılaşdırmaq, asudə vaxtlarını səmərəli keçirmək, düzgün peşə seçimlərinə yönləndirmək, təhsilə olan marağını artıqmaq”.