“Artıq bütövlükdə ölkəmizdə icbari tibbi sığorta vətəndaşlarımıza xidmət göstərir. İnsanlarımız da bundan çox məmnundurlar”. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığortadan yararlanmaq üçün insanlar qeydiyyatda olduqları poliklinikaya müraciət etməlidilər: “Onlara aidiyyatı üzrə göndəriş verilir və müvafiq tibb ocaqlarında müayinə və müalicə olunurlar. Vətəndaşlar yalnız icbari tibbi sığorta paketinə daxil olan xidmətlərdən istifadə edə bilərlər. İmkanı olmayan, aztəminatlı ailələr var ki, çox baha qiymətə olan açıq ürək əməliyyatını məhz tibbi sığorta vasitəsilə pulsuz həyata keçiriblər. Bəzi xəstəliklər, xüsusilə də, onkoloji xəstəliklər tibbi sığorta paketinə daxil olunmayıb. Plastik estetik, stomatoloji sahələr də bu xidmətlər paketində yer almayıb. Lakin onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil olması gözlənilir. Nəzərə alsaq ki, icbari tibbi sığorta ölkəmizdə qıca müddətdir ki fəaliyyətə başlayıb, şübhəsiz ki bəzi çatışmamazlıqların olması labüddür. Zaman keçdikcə təbii ki, bu proses daha da təkmilləşdiriləcək və problemlər aradan qalxacaq”.
Müəllif: Səbinə Hüseynli
267