• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Minimum əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək

6-01-2023, 10:30 | Baxılıb: 29
“Minimum əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Diaspor info-ya verilən məlumata görə, sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir.

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.скачать dle 10.6фильмы бесплатно


29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.