• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasında “KİV-in kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib

10-03-2023, 17:30 | Baxılıb: 30
“Mətbuat Şurasında “KİV-in kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib


Azərbaycan Mətbuat Şurasının (MŞ) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid tədbirin keçirilməsində məqsədin medianın kibertəhlükəsizlik məsələlərinə diqqət çəkməkdən ibarət olduğunu bildirib. “Müsavat TV”nin və “Səs TV”nin sosial platforma hesablarına hücumların olduğunu xatırladan Rəşad Məcid qeyd edib ki, bu hadisələr problemə yanaşmada yeni metodların tətbiqini aktuallaşdırır. Elektron Təhlükəsizlik Xidməti də bu həssas məqamı nəzərə alaraq, Şura ilə birgə toplantı keçirməyi vacib sayıb.

Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov çıxışında müzakirə olunan mövzunun əhəmiyyətindən söz açıb. Bildirib ki, rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq, kibertəhdidlərin sayı da artır. Bu təhdidlər özünü müxtəlif forma və metodlarda göstərir. O, belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb. Bildirib ki, kiberdələduzların öz məqsədlərinə nail olmaları 60 faiz insan faktoru ilə əlaqəlidir. Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarına düzgün əməl etsələr, xoşagəlməz vəziyyətdən yayınmaq da mümkün olar.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı kütləvi informasiya vasitələrinin kiberhücumlara məruz qaldığı faktını önə çəkərək, bu hücumların bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. N.Məmmədli vəziyyətdən çıxış yollarından kimi “Media haqqında” Qanunda da əksini tapmış media savadlılığı ilə bağlı müddəaların praktik fəaliyyət müstəvisinə gətirilməsini vacib sayıb. Bu prosesin sistemli şəkildə aparılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında diqqəti ölkəmizin üzləşdiyi informasiya savaşına çəkib. Savaşın həssas məqamlarında kiberhücumların da intensivləşməsini vurğulayıb. Qeyd edib ki, belə hallarda problemlərin çevik həlli üçün müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş fəaliyyətə ehtiyac yaranır. M.Ələsgərli çevik koordinasiya mexanizmlərinin müzakirəsinin vacibliyini bildirib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov qeyd edib ki, media qurumları tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli və bu prosesə peşəkar kadrlar cəlb edilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəhbərlik etdiyi “Musavat TV”yə hücumun aradan qaldırılması istiqamətində gördükləri işlərdən söz açıb. Kibertəhdidlərin əvvəllər də qeydə alındığını vurğulayan R.Arifoğlu ümumi yaranmış vəziyyətin ölkənin informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsi üçün əsasları formalaşdırdığını diqqətə çatdırıb. Problemin müzakirəsinin vacibliyini bu baxımdan əsaslandırıb.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında kiberhücumla rastlaşarkən həyata keçirilmiş tədbirlərdən söz açıb.

Çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri Umud Rəhimoğlu, Fərid Pərdəşünas, Hacıbəy Heydərli və başqaları diqqəti mövcud sahədəki xarakterik məqamlara çəkiblər.

ETX-nin mütəxəssisləri Aysel Hadiyeva və İbrahim Əbdüləzizli media qurumlarına yönəlmiş aktual kibertəhdidlər və kibergigiyena qaydaları barədə məruzələrlə çıxış ediblər.

Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov toplantıda səsləndirilən suallara aydınlıq gətirib.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.