• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Müasir Təhsil Kompleksində vətən müharibəsinə həsr edilən kitabın ingilis dilində nəşrinin təqdimatı olub

17-03-2023, 17:30 | Baxılıb: 314
“Müasir Təhsil Kompleksində vətən müharibəsinə həsr edilən kitabın  ingilis dilində nəşrinin təqdimatı olub

Müasir Təhsil Kompleksində vətən müharibəsinə həsr edilən kitabın ingilis dilində nəşrinin təqdimatı olub

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Bakı Şəhər İcra Hakimiyyəti və MTK-nın birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, kompleksin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçıların ifasında Dövlət Himnimiz oxunub, sonra vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.
Tədbiri açan Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova qonaqları və tədbir iştirakçılarını salamladı, Qarabağ həqiqətləri və 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq kitabın əhəmiyyətindən söz açdı.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir. Bildirildi ki, kitab Azərbaycan, rus və türk dillərində çap edilib, ərəb və fars dillərində nəşrlərə hazırlıq görülür və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyyət faktoru amilini bir daha sübut edir. Kitabın ingilis dilində çap edilməsi dünyanın bir çox ölkələrində yaşayanların bu müharibə ilə bağlı düzgün məlumat almasına kömək edəcəkdir.
Daha sonra çıxış edən MTK-nin şagirdləri Janel Tağıyeva, Leyla Qasımova və Aydan Abbaslı kitabdakı məqalələr və onların məzmunu barədə məlumat verdilər, Banu Dəvəli, Banu Həbibbəyli, Həşim Sadıqov, Kamran İbrahim, Leyla Qasımova və Əli Əliyev kitabdakı bir sira məqalələri təhlil etdilər. Zeynəb Rzayeva və Səma Cəfərova isə kompleksin müəllimləri, Vətən Müharibəsinin iştirakçıları olan Fuad Məmmədov və Asim Rəsulovla video konfrans formatında müsahibələrini təqdim etdilər.
Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.скачать dle 10.6фильмы бесплатно


314

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.