• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Adını Vətəndən alan Azər

17-03-2023, 19:30 | Baxılıb: 347
“Adını Vətəndən alan Azər

Yazıya iki maraqlı fikrə nəzər salmaqla başlamaq istəyirəm. Mirzə İbrahimovun “Azad” hekayəsində belə bir mətləb var: “Biz ölmək üçün yaşayırıq, yaşamaq üçün ölənlərdən xəbərsizik”... Məşhur bir generaldan soruşmuşlar ki, siz ölməkdən qorxmursunuzmu? O isə cavabında belə demişdi: “Mən qocalaraq, kiməsə möhtac şəkildə yaşayaraq ölməkdən qorxuram”...

Bu yazıda haqqında danışacağımız Azər də yaşamaq (yaşatmaq) üçün - əbədiyaşarlığa yüksəlməklə, həm də xalqını, onun azadlıq dəyərlərini yaşatmaq naminə özünü qurban verdi. Gözünü qırpmadan, ölümün üzərinə dimdik yürüyərək, düşünmədən...

Amma o, hələ gənc idi, çox gənc. Ömrünün 21-ci ilində - bahar çağında. Nələr düşünürdü, nələr yaşayacaqdı, kim bilir, təəssüf, olmadı... 1999-cu ilin soyuq bir dekabr günündə dünyaya göz açdı. İlk dəfə havasını içinə çəkdiyi, gözünü açıb torpağını gördüyü, suyunu içdiyi Şahtaxtı kəndində böyüyüb boya-başa çatdı. Məktəbə bu kəndin yollarından, küçələrindən ötərək getdi. Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ona ana-Vətən sevgisini aşıladı. Burada əlinə qələm alıb hərfləri yazmağı öyrəndi, ardınca sözlər, cümlələr... Düşüncələri də məktəb illərində tumurcuqlandı, sonra çiçək açdı... Hər şeyin sonu olduğu kimi məktəb illərinin də bir qurtarma vaxtı vardı, Azər məktəb illərini geridə qoyub, Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. Bir il altı ayın ardından qalıb ordu sıralarında xidmətini davam etdirmək istədi...

Bəzən insan iki dünya, iki düşüncə, sevgi arasında qalır. Bilmirsən, hansını seçəsən. Nəhayət, daha ağır tərəfə yön alırsan. Azər də belə etdi. Vətən sevgisi onun həyat sevgisinə, yaşamaq yanğısına üstün gəldi. Beləliklə, Azər Tağıyev şanlı Azərbaycan ordusunun igid bir üzvü kimi ömür yolunu davam etdirməyə başladı. Hərbi sirləri, silah-sursatları, ona tapşırılan bütün öhdəlikləri müddətdən artıq xidmət edən bir əsgər kimi dərindən, məsuliyyətlə öyrəndi, yoldaşlarına nümunəvi xidməti ilə örnək oldu...ilə yaxın işğal altında qalan Vətən torpaqları azaddır. Üçrəngli şanlı bayrağımız Qarabağda dalğalanır...

Rahat uyu, Azər Tağıyev! Sən və sənin kimilər bu torpaqları bizə əbədi Vətən etmisiniz. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” deyimini siz öz qanınızla, canınızla təsdiqləmisiniz.

Anar Qasımov

“Yeni həyat” qəzetiскачать dle 10.6фильмы бесплатно


347

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.