• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasından 75 il keçir

6-04-2023, 10:00 | Baxılıb: 247
“Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasından 75 il keçir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1948-ci il aprelin 7-də, bəşəriyyət tarixində ən dağıdıcı müharibədən sonra qalmış xarabalıqlar üzərində yaradıldı. Ölkələr ÜST-nin Nizamnaməsini (Konstitusiyasını) qəbul etməklə sağlamlığı insanın fundamental hüququ, sülhün və təhlükəsizliyin əsası olduğunu etiraf etdilər.

ÜST-nin öz fəaliyyətində rəhbər tutduğu əsas prinsip ondan ibarətdir ki, hər bir insan “ən yüksək səviyyədə sağlamlıq hüququna malikdir” və bu hüquq insanın mənsub olduğu irqdən, dindən, onun siyasi əqidəsindən, iqtisadi və ya sosial vəziyyətindən asılı deyil.

Diaspor.info BMT-nin saytına istinadla xəbər verir ki, son onilliklərdə bəşəriyyət insanların xəstəliklərdən qorunması istiqamətində böyük uğurlar qazanıb. Beynəlxalq birlik ÜST-nin rəhbərliyi ilə çiçək xəstəliyinə qalib gəlməyə, polielimet xəstəliyinə tutulma hallarını 99 faiz azaltmağa, ümumi immunllaşdırma sayəsində milyonlarla uşağı ölümdən xilas etməyə, analar arasında ölüm hallarını azaltmağa nail olub. Elmi kəşflər, təbabətin nailiyyətləri və səhiyyə sahəsində qlobal sazişlər dünyamızı əsaslı şəkildə dəyişib.

Müasir antibiotiklərin kəşf edilməsi sayəsində bəşəriyyət əvvəllər ölümcül təhlükəli sayılan yoluxucu xəstəlikləri müalicə etməyi, orqan transplantasiyasından başlamış onkoloji xəstəliklər zamanı kimya terapiyasına qədər ən müxtəlif prosedurlar icra etməyi öyrənib.

Seksual və reproduktiv sağlamlığın qorunması xidmətlərinin hər yerdə əlçatan olmasının təmin edilməsi və müvafiq hüquqların qorunması milyonlarla qadının həyatını dəyişib.
İyirmi il bundan əvvəl dünya ölkələri ictimai səhiyyə sahəsində ÜST-nin birinci qlobal sazişini – ÜST-nin siqaret çəkilməsinə son qoymağa yönəlmiş tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul ediblər.

2005-ci ildə ölkələr beynəlxalq tibbi-sanitar qaydalara riayət edilməsi barədə öhdəlik götürüblər. Bu qlobal çərçivə mexanizminin məqsədi insanları səhiyyə sahəsində fövqəladə hallardan qorumaq, ictimai səhiyyəyə təhdidlərin qarşısının alınması və belə hallara reaksiya verilməsi tədbirlərini möhkəmlətməkdir.

ÜST-nin baş direktoru doktor Tedros Gebreyesus təşkilatın yubileyi münasibətilə çıxışında deyib: “ÜST-nin tarixi göstərir ki, ölkələr ümumi məqsədə çatmaq üçün birləşəndə çox şey edə bilərlər. Bizim fəxr etməyimiz üçün əsaslar çoxdur, lakin qarşıda hələ görüləsi işlər daha çoxdur”.

Baş direktor xatırladıb ki, dünyamızı səhiyyə sahəsində böhranlardan, sağlamlığa zərərli malların istehsalı ilə bağlı təhlükələrdən və iqlim böhranından qorumaq lazımdır. Doktor Gebreyesusun sözlərinə görə, bu və ya digər çətinlikləri yalnız birlikdə aradan qaldırmaq olar.

Bununla əlaqədar, ÜST rəhbəri xatırladıb ki, tibb işçilərini dəstəkləmək, onların sayını artırmaq və ixtisas səviyyəsini yüksəltmək strateji prioritet məsələlərdir. Dünyada tibbi xidmətlərə tələbat sürətlə artır. Gözlənildiyinə görə, 2030-cu ildə dünyada - əsasən gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə - azı 10 milyon əlavə tibb işçisinə ehtiyac yaranacaq.

ÜST-nin Avropa regionunda 75 il ərzində ictimai səhiyyə sahəsində çox böyük uğurlar qazanılıb: 53 dövlətdə orta ömür müddəti 16 il artıb.

Səhiyyə sahəsində mütəxəssislərin fədakar əməyi sayəsində mümkün olmuş bu nailiyyətlər Avropa regionu sakinlərinin sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.

Azərbaycan 1992-ci il oktyabrın 2-də Ümumdünya Səhiyyə Təşkilatına üzv qəbul edilib. Ölkəmizin ÜST ilə əməkdaşlığı bu qurumun mənzil-qərargahı və Avropa Regional Ofisi vasitəsilə həyata keçirilir. 1994-cü ildən Bakıda ÜST-nin ofisi fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно


247

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.