• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib

6-04-2023, 17:30 | Baxılıb: 249
“Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib


Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Dövlət Universitetinin, ADA Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrindən ibarət könüllülərlə görüş keçirib.
Görüş zamanı Ombudsman Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən mükafatlandırılma mərasiminin əhəmiyyətindən danışıb. Bildirilib ki, əsası Ümumilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq gənclərin hərtərəfli inkişafına xidmət edir. Müxtəlif sahələrdə gənclərə yaradılan imkanlara toxunan Ombudsman ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən dövlət proqramlarından da söz açıb.
Daha sonra S. Əliyeva hər bir könüllünün təsisatda keçdiyi təcrübə nəticəsində əldə etdiyi praktiki biliklərlə maraqlanıb. Müzakirələr şəklində davam edən görüşdə Ombudsman tərəfindən gənclərin fikir və arzuları dinlənilib, onlara təhsil və karyeraları ilə bağlı tövsiyələr verilib.
Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştirakına görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında təşkil olunan cari könüllülük proqramı ötən ilin sonlarından başlanıb. Üç ay müddətində davam edən könüllülük proqramı çərçivəsində könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


249

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.