• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ICESCO İslam ölkələrində sağlamlıq tədbirlərini artırmağa çağırıb

7-04-2023, 10:30 | Baxılıb: 246
“ICESCO İslam ölkələrində sağlamlıq tədbirlərini artırmağa çağırıb

Diaspor info xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) beynəlxalq ictimaiyyətin hər il aprelin 7-də qeyd etdiyi Ümumdünya Sağlamlıq Günü ərəfəsində üzv ölkələrə müraciət edib.

Təşkilatın baş ofisindən bildiriblər ki, müraciətdə dünyada hökm sürən əlverişsiz sosial və iqtisadi şəraitə baxmayaraq, beynəlxalq ictimaiyyətin səhiyyə sektorunun təşviqinin vacibliyi barədə məlumatlılığı artırmaq məqsədilə hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd etdiyi diqqətə çatdırılıb. ICESCO, öz növbəsində, İslam dünyasında səhiyyə sektorunun yaxşılaşdırılmasına töhfə verən proqram və fəaliyyətlərin işlənib hazırlanmasına sadiqliyini təsdiqləmək üçün “Hamı üçün sağlamlıq” təşəbbüsünə qoşulub.

ICESCO-nun müraciətində deyilir: “Sağlamlığın əsas insan hüququ və davamlı inkişafın zəruri komponenti olduğuna inanaraq, təşkilatımız səhiyyə sistemlərinin inkişafı, hərtərəfli tibbi əhatə siyasətinin həyata keçirilməsi, sanitariya və sağlamlıq haqqında məlumatlılığın artırılması sahəsində üzv dövlətləri öz səylərini gücləndirməyə çağırır. Bir sıra İslam ölkələrində səhiyyə sahəsində ixtisaslaşmış tədqiqat mərkəzləri və institutları, habelə səhiyyə işçilərini birləşdirən elmi şəbəkələr və təlim sessiyalarını özündə birləşdirən konsorsiumlar fəaliyyət göstərir.

ICESCO hökumətləri, beynəlxalq və regional təşkilatları, ayrı-ayrı şəxsləri səhiyyə sahəsində innovasiyaları genişləndirməyə, genetik xəstəlikləri qabaqcadan müəyyən etmək və onların müalicəsini tapmaq, həmçinin yoluxucu xəstəliklərin qarşısını almaq üçün müasir texnologiya tətbiqləri, süni intellekt və genomikadan faydalanmağa çağırır. Təşkilat, həmçinin səhiyyə sahəsində sahibkarlığa investisiyaların və tibb işçilərinin ixtisasının artırılmasının vacibliyini vurğulayır.

Təşkilatımız hesab edir ki, səhiyyə sektoru cəmiyyətlərin davamlılığının dəqiq göstəricisidir. Buna görə ICESCO ədalət və bərabərlik dəyərlərinə riayət etməyin, bu sahədə fərdlərin şəxsi həyatına hörmətlə yanaşmağın və hamı üçün hərtərəfli səhiyyə xidmətinin təmin edilməsi məqsədilə elmi araşdırmaların təşviq edilməsinin vacibliyini vurğulayır”.скачать dle 10.6фильмы бесплатно


246

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.