• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yalançı din davası, yoxsa dən davası?!

12-04-2023, 11:00 | Baxılıb: 324
“Yalançı din davası, yoxsa dən davası?!

Otuz il ərzində Qarabağı işğal etməklə ölkəmizə yüz milyardlarla dollar maddi zərərlər vuran təcavüzkar Ermənistanın 44 günlük müharibədən sonra məğlub olması Cənubi Qafqazda dondurulmuş soyuq münasibətləri yenidən qızışdırdı. İstər bu müharibə, istərsə də müharibədən sonrakı iki ildən artıq bir dövrdə kimin dost, kimin düşmən olduğunu göstərən hadisələr fonunda sürətlə böyük güclərin oyununa gedən İranın molla rejiminin gələcəkdə partlamağa hazır bir bomba halına gətirilməsi isə, təəssüf ki, ən optimist proqnozlar arasında son ehtimal kimi qalmaqdadır.

Yaxın Şərq kifayət qədər mürəkkəb bir regiondur və bu coğrafiya iki yüz ilə yaxın bir müddətdə dünya siyasətindəki oyun qurucularının haqq-hesab apardığı bir qlobal arena halına gəlib. İngilislərin bu bölgəyə ayaq açması ilə törədilən sünni-şiə qarşıdurmasının ardından region ölkələri və imperialist güclər arasındakı toqquşmalar hər cür təbii sərvətlərlə zəngin bu bölgəni yoxsulluq, terror və siyasi türbulanslar məkanı halına gətirmişdir. İndi elə bir gün, elə bir saat yoxdur ki, Yaxın Şərqdən hər hansı bir qanqaraldan xəbərlər gəlməsin. Dini ideologiya adı altında milyonlarla insanın həyatına yön verən, qonşusundakı kafirlərlə qucaqlaşandan sonra ağzını yaxalayıb minbər moizələrində özündən yüz kilometrlərlə aralıdakı dövlətlərə savaş elan edən və bunun əksinə, dini, dili bir müsəlman qardaşlarının ayağını qazaraq dən davasından çəkinməyən İranın molla rejimi də yarandığı gündən irticaçı siyasəti ilə əsl İslamdan nə qədər uzaq düşməklə belə xəbər başlıqlarının qara hərfləri olmaqdadır.
Əslində isə keçmişə nəzər saldıqda çox sayda xalqların bir yerdə yaşadığı bu bölgədə insanların sahib olduqları ortaq qədim tarix və mədəniyyət sayəsində burada hər kəsin bir-birini asanlıqla başa düşüb, elə müqəddəs dinimizin də buyurduğu kimi savab əməllərlə məşğul olmaq, bu fani dünyadan daha çox o biri dünyanı düşünmək üçün kifayət qədər zəngin dəyərləri olduğunu görə bilərik. Ancaq təəssüf ki, bu günün reallığına baxdıqda görürük ki, uzun ətək geyib qarşısında diz çökən möminlərə düzlükdən danışan bir insan əgər əməlində terror, edamlar, narkotika ticarəti və yalan siyasət vardırsa, onda o, istənilən an cübbəsinin altındakı Kalaşnikov tüfəngini də çəkib kiminsə həyatına son qoya, onunla təhdid, hədə-qorxu dilində danışa bilər. Buna görə də indi cənubda Bəndər-Abbasdan Makuya qədər kim and içib desə ki, bəs bu ölkədə hamı mələkdir və haram işlərə bir tümən də olsun, pul xərclənmir, onda deyəsən ki, yalançının başına Qarabağdan söküb Mərəndin bazarlarında satdığınız kərpiclər boyda daş düşsün!
Bəli, yalançını mənzilinə qədər qovarlar. Qovarlar ki, qoy dünya bilsin ki, əslində, din davası adı altında İsrail-Fələstin münaqişəsini bəhanə edib saxta siyasət yürüdən, İraq, Suriya, Yəmən kimi dövlətlərlə müharibə aparıb, Səudiyyə Ərəbistanı ilə düşmənçilik edən, küncə sıxışanda isə onunla yenidən barışan bir dövlət, görəsən, hansı müsəlman dövləti ilə səmimi dostluq edir? Hətta farsdilli Tacikistanda belə nüfuzu olmayan terror dövləti özünün ticari maraqları üzündəndir ki, on illər boyunca Xəzərin statusunun müəyyən olunması üzrə danışıqlara pəl vurub, Azərbaycanın mavi vətənində hərbi təyyarələr uçurmağa da cəsarət etdi. Qərbin sanksiyalarına qarşı milli pul vahidinin sürətlə dəyərdən düşməsi ilə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə baxmayaraq, təcavüzkar Rusiya ilə açıq işbirliyinə gedən molla rejimi, bu mənada, ABŞ-Avropa Birliyi-Çin üçgənində ən güclü tərəf olanın, yəni ABŞ-ın kripto agenti olması ilə də diqqəti cəlb edir. Belə ki, ABŞ-ın Rusiyanı Ukraynada bacardıqca daha çox bataqlığa salmaq üçün ona hərbi yardım göstərmək və sanksiyalardan yan keçməkdə kömək edəcək tək ölkə vəziyyətində olan İranın hərəkətlərinə göz yumması, əslində, bu iki dövlətin düşmən deyil, gizli müttəfiq olması qənaətinə gətirib çıxarır. Ona görə də molla rejiminin öz varlığını davam etdirə bilməsi, xüsusən də ölkədaxili sosial vəziyyətin gərginləşməsi ilə yaranmış situasiyadan çıxmaq üçün güclünün yanında olmaqla özünə çıxış yolu tapması, əslində, təəccüb doğurmur. Güclünün sifarişi isə həmişə olduğu kimi, planetin hər hansı nöqtəsində olursa-olsun, onunla öz dilində danışanı ona tabe etdirmək üçün mütləq bir münaqişə ocağı yaratmaq və bunu bir-birinə yaxın xalqlar arasında törətməkdir. Otuz il ərzində “Qarabağ kartı”nı əlində saxlayıb, Azərbaycanı siyasi danışıqlarda güzəştə getməyə çalışmış Qərb bu dəfə həmin kartın əldən çıxması ilə Cənubi Qafqazın lider dövlətinin daha da güclənməməsi üçün İran variantını ortaya qoymaqdadır. Rusiya-Ukrayna münaqişəsində bunu bacarmış ABŞ- İran-Azərbaycan münasibətlərinin də korlanması üçün Ermənistanın hərzamankı maşa funksiyasından məharətlə istifadə etməklə bölgədə itirdiyini yenidən qazanmaq istəyir.
Şübhəsiz, dünyanın ən güclü dövləti hansı şərtlər daxilində olsa da, qazanacaq. Amma onun aləti olub, özünə və qonşularına zərər vuran hərəkətlərdən çəkinməyən İran-Ermənistan tandeminin gedərək yalnızlaşaraq itirəcəyinə də şübhəmiz yoxdur. Hayların heç zaman farslar üçün din qardaşı olmayacağını var saysaq, hərbi-siyasi cəhətdən Rusiyadan asılı olan və bundan qurtulmağa çalışan Ermənistanın iqtisadi olaraq təsir altına alınmasının molla rejiminin apardığı dən davasının əsl mahiyyəti olduğunu deyə bilərik. Cənub qonşumuzda yaxşı bilirlər ki, Qarabağın azad olunması ilə Ermənistanın bir gün hökmən imzalayacağı sülh müqaviləsindən sonra Türkiyə ilə də münasibətlərin normallaşması bu bölgənin supergücü qarşısında İranın mövqeyinin həmişəlik itirilməsi deməkdir. Yəqin, onlar üçün qardaş Türkiyənin dünya standartları səviyyəsində istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsulları ilə Ermənistan bazarında rəqabət aparmaq ac toyuğun yuxuda darı görməsi kimi bir xəyal olaraq qalacaq. Bunu yaxşı bilən İranın hazırkı rejimi Azərbaycana qarşı sərsəm bəyanatlar vermək, ölkəmiz daxilinə pozucu radikal ünsürləri yeridib, onları maliyyələşdirməklə sanki dən qardaşlarının gözünə girib, əslində, din qardaşlarına da tarixdə görünməmiş bir xəyanət edirlər. 44 günlük Vətən müharibəsində müsəlman qonşusunu deyil, qeyri-müsəlman işğalçını dəstəkləməklə müqəddəs İslam dininə də xəyanət edən İran molla rejiminin cəzasını isə ondan artıq təngə gəlmiş öz xalqı verəcək.

Savalanскачать dle 10.6фильмы бесплатно


324

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.