Masallı rayonunda Gender bərabərliyinin təmin edilməsində
ictimai məlumatlandırılmə mövzusunda maarifləndirici tədbir təşkil olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Gender bərabərliyinin təmin edilməsində ictimai məlumatlandırılma” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirib. Tədbirdə bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları, həkimlər, din xadimləri və gənclər iştirak edib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə “Gender bərabərliyinin təmin edilməsi, ayrı-seçkiliyin bütün formalarınının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri” və “Gender zorakılığı” mövzularında çıxış edərək insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə sahəsində Müvəkkilin fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş institusional islahatlar barədə məlumat verib.
Maarifləndirici tədbir mövzu üzrə müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Mətbuat xidməti