• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.

21-08-2023, 13:30 | Baxılıb: 241
“DİNİB


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihəsinin növbəti tədbiri Gəncə şəhərində davam etdirildi.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra konfransı giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Natiq daha sonra qeyd edib ki, hər bir xalqın mədəni irsi özündə maddi və mənəvi mədəni irsi əks etdirir. Mədəni irsə malik olmaq hər bir xalqın toxunulmaz hüququdur. Azərbaycanın mədəni irsinin, azərbaycançı ruhunun qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyev əvəzsiz rol oynamışdır. Hələ sovet dövründə O, yazıçıların yubileylərini keçirir, əsərlərini çap etdirir, mədəni irsi xalqın mənəvi sərvətinə çevirirdi. G.Hacıyeva Heydər Əliyevin Azərbaycan milli mədəniyyətinin qoruyucusu, inkişafetdiricisi və zənginləşdirici funksiyasını sistemli şəkildə, qətiyyətlə həyata keçirdiyini iştirakçıların nəzərinə çatdırdı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Gəncə şəhəri üzrə baş məsləhətçisi İbrahimov Xəlil də öz növbəsində çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni irsin qorunması siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması hər bir vətəndaşın tərbiyəsində önəmli yer tutur.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İsgəndərova İlknur ilk öncə çıxışda vurğuladı ki, belə tədbirlərin keçirilməsi gələcək nəsil üçün mühüm əhəmiyyət kəsb edir. Mədəni irsimizin qorunmasında və təbliğibdə cəmiyyət olaraq hər birimiz məsuliyyət daşımalıyıq. Bütün insanların dünya mədəniyyətinə öz qatqısı vardır. Buna görədə bütün mədəni mirasları milli qanunlara və beynəlxalq sözləşmələrlə qorumaq və hörmət etmək olduqca vacibdir. Həmçinin çıxışda İ.İsgəndərova Azərbaycanın UNESKO-da təmsil olunan irslərini vurğulayıb.
Gəncə şəhər Tarix Muzeyinin direktoru Nəzərəliyeva Pərvin qeyd edib ki, mədəni irs anlayışı daha öncəki nəsillər tərəfindən yaradılmış tarixi, elmi, bədii xüsusiyyətlərə malik olan bəşəri dəyərlərin məcmusudur. P. Nəzərəliyeva çıxışına davam edərək bildirdi ki, mədəni dəyərlərin əhatə dairəsi çox geniş və rəngarəngdir. Bu dəyərlərin qorunması məsələsi hər gün daha aktual olur. Texnogen tərəqqi, urbanizasiyanın sürətlənməsi, şəhərsalma, müharibə və hərbi müdaxilələr, təbii fəlakətlərin dağıdıcı təsirləri dünya mədəni irsinin qorunmasını daha problematik səciyyə kəsb etməsinə gətirib çıxarmışdır.

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktor müavini Fəqan Məmmədov çıxış edərək bildirdi ki, Gence şəhəri milli mədəni sərvətlərlə zengin, qədim tarixə malik, monumental, arxeoloji abidələrlə zəngin bir şəhərdir. F.Məmmədov çıxışına davam edərək vurğuladı ki, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları Gəncə şəhərində yerləşən orta məktəblərdə mütəmadi olaraq şagirdlər arasında seminarlar keçirir, şəhərin qədim tarixi barədə ətraflı məlumat verirlər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Gəncə şəhəri üzrə baş mütəxəssisi Abbas Məmmədov çıxış edərək bildirdi ki, təbii və mədəni dəyərlərin məhv olma təhlükəsinin sürətlə artmasının qarşısının alınmasında dövlətlərlə yanaşı ictimaiyyət və ayri-ayri fərdlər də böyük səy göstərməyin lazım olduğunu dərk edirlər. Mədəni dəyərlər informativ, ideoloji xüsusiyyətlərə malikdir və hər bir xalqın milli özünədərkində, identikliyinin qorunub saxlanmasında çox mühüm rol oynayır.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və tarixi mədəni abidələrə xüsusi diqqət və qayğı göstərilir. Nəticə etibari ilə Azərbaycan mədəniyyəti tarixin ən parlaq dövrlərindən birini yaşayır. Günümüzdə mədəni irsin qorunmasında dövlətin səylərini ictimai təşkilatlarla, könüllülük hərəkatları ilə birləşdirmək, bu vasitə ilə gəncləri xalqın irsinin qorunub saxlanmasına cəlb etmək vacibdir deyə təşkilatın sədri çıxışını davam etdirərək vurğulayıb.

DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.
DİNİB "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda növbəti tədbirini Gəncə şəhərində davam etdirdi.[/center]скачать dle 10.6фильмы бесплатно


241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.