• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verib

26-08-2023, 09:00 | Baxılıb: 350
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Azərbaycan QAC) Ermənistan Qızıl Xaç Cəmiyyətinə (Ermənistan QXC) cavab verib.
Bu barədə Diaspor.info-ya Azərbaycan QAC-dan məlumat verilib.Bildirilib ki, Ermənistan QXC-nin Azərbaycan QAC-nin bəyanatına qərəzli cavabı böyük təəssüf hissi doğurub:
"Çünki, qayəsi humanizm prinsipinə söykənən Azərbaycan QAC-ın bəyanatı Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımların çatdırılmasını ehtiva etdiyi halda, Ermənistan QXC-nin qeyri-adekvat reaksiyası anlaşılan deyil. Onların söylədiklərinin əksinə olaraq, Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini, xüsusilə neytrallıq, qərəzsizlik və vahidlik prinsipinə tam riayət edərək heç bir siyasi niyyət güdmədən Azərbaycan QAC-ın nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq ehtiyacı olan insanlara yardım niyyətini ortaya qoymuşdur. Bu kateqoriyadan olan şəxslərə humanitar yardımın göstərilməsi haqqında bəyanatla çıxış etmək və mövqe bildirmək bizim mandatımıza tam uyğundur və Hərəkatın prinsiplərinə zidd deyildir. Bu hərəkət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsip və dəyərlərinin pozulması demək deyildir, əksinə, insanlığa xidmət edir. Biz bu bəyanatımızla Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə ehtiyacı olan insanlara yardım göstərməyə hazır olduğumuzu bildirmişik. Maraqlıdır, görəsən burada hansı qanun pozuntusu vardır?! Digər tərəfdən, Azərbaycan QAC respublikanın bütün ərazisində, o cümlədən, Qarabağ iqtisadi rayonunda istənilən humanitar missiyanı həyata keçirməyə tam səlahiyyətlidir, bunun üçün heç kimdən icazə almağa lüzum yoxdur".siyasi avantüranın alətinə çevrilməsinlər. Bu bəyanatı qəbul edərkən, yaxşı olardı ki, Ermənistan QXC Azərbaycan QAC-ın məlum bəyanatını diqqətlə nəzərdən keçirərdi. O halda qəbul etdikləri bəyanatda yoxlanılmamış, dəqiq olmayan qərəzli fikirlərə yol verməz, qarşı tərəfi haqsız günahlandırmazdılar. Bir daha təkrar edirik, Azərbaycan QAC-ın bu bəyanatı verməkdə məqsədi həqiqi yardıma ehtiyacı olan insanlara təcili, təxirə salmadan humanitar yardım göstərməyə hazır olduğumuzu bildirmək olmuşdur. Bu, birbaşa missiyamızdır".Məlumatda vurğulanıb ki, Ermənistan QXC-nin başqa bir dövlətin ərazisində olan məsələlərlə əlaqəli fikir bildirməsi sual doğurur:

"Bu məsələlər onların mandatına və missiyasına aid deyil. Həm də başqa bir Milli cəmiyyətin işinə kobud müdaxilədir. Yaxşı olar ki, Ermənistan QXC öz ərazisində olan humanitar məsələrin həllinə zaman ayırsın. Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır. Belə ki , həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyildir. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir".

"Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla -Beynalxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq. Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır", - məlumatda bildirilib.скачать dle 10.6фильмы бесплатно


350

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.