AYB-NİN ZAQATALA REGİONAL BÖLMƏSİ BALAKƏN YAZARLARI İLƏ GÖRÜŞÜB.
Məlum olduğu kimi yaxın günlərdə AYB-nin Şimal-Qərb regional bölməsi fəaliyyətə başlayıb. AYB-nin Zaqatala bölməsinin sədri yazıçı-jurnalist Əlmaniz Ələkbərli Balakən yazarları ilə görüşüb. Diaspor.info saytının Şimal-qərb bürosuna bu haqda danışan sədr, görüşün çox işgüzar şəraitdə keçməsi haqqında danışıb:-İlk öncə Balakən yazarları ilə görüşməyimiz üçün bizə, AYB-nin Şimal-Qərb regional bölməsi üçün yaradılan şəraitə görə Balakən RİH başçısı İslam Rzayevə, onun nümayəndəsi Fariz Nəcəfov və Şəki-Zaqatala regional mədəniyyət idarəsinin Balakəndəki nümayəndəsi Şəfəq xanıma öz münnətdarlığımı bildirirəm. Tədbirimiz çox maraqlı keçdi, belə ki, adlı-sanlı yazarlar Xutra Ramazan, Aygün Sadiq, Rəşad Balakənli, Şöyüb Mikayılov, Zümrüd Dibirova, Nəfisət Vahid, (hörmətli jurnalistimiz) Zeynəddin Həsənli, Mövlud Nikbin, Asiman Sarıyev, Pərixanım Rzayeva, (şəhid anası) yazar Gülşən Kərimova, Nəzərov Şamil, Anar Xəyal, Əfqan Rəhmanov, Sədulla Şirinovla yanaşı Qaraçı xalqının iki gənc nümayəndəsi məşhur soyadları ilə tanınan Sevda və Arzu Çıraqi əmiqızıları da, görüşdə iştirak etdilər. Bizim Balakən yazarları ilə ilk görüşümüz olduğuna görə bu görüş daha çox tanışlıq, problem, qayğılar və gələcək planlarla bağlı söhbətlərlə keçdi. Balakən yazarlarına məqsədimizin ədəbi mühitin inkişaı üçün gərgin işləmək olduğunu bildirdim. Yazarlara xüsusi vurğuladım ki, yaxın gələcəkdə Balakən yazarlarının şeir və hekayələrini özündə əks etdirən “Balakən Almanaxı”-nın işıq üzü görməsi üçün çalışacağam. Ümumiyyətlə bizim əsas məqsədimiz bölgələrdəki gənc yazarların üzə çıxmasına şərait yaratmaq, bizdən əvvəlki nəsillərin də yazdıqlarını bir yerə toplayaraq, oxuculara çatdırmaqdır.
Tədbirdə Avar xalqının nümayəndəsi, bir neçə kitabın müəllifi (Avar dilində də şeirlər yazan) Xutra Ramazan çıxış edərək, AYB-nin Şimal-Qərb regional bölməsinin yaradılması və yazıçı jurnalist Əlmaniz Ələkbərlinin həmin bölməyə sədr seçilməsini alqışladığını dedi:-mən Əlmaniz müəllimi peşəkar jurnalist kimi uzun illərdir ki, tanıyıram. Onun bu bölməyə sədr seçilməsi məni çox sevindirdi, belə ki, bir gənc yazar kimi çox aktiv bir ziyalıdır. Və mən əminəm ki, onun bu bölməyə rəhbərliyindən sonra rayonumuzda ədəbi mühit daha da, inkişaf edəcəkdir, bizim gənc yazarlarımızın Respublikada tanıdılması yolunda onun görəcəyi böyük işlərə inanıram.
Daha sonra Balakən Şəhidləri kitabının həmmüəllifləri Şöyüb Mikayılov və Nəfisət Vahid də, söhbətə qoşularaq, regional bölmə sədrini yaxından tanıdıqlarını xüsusi vurğuladılar. Həmmüəlliflər Əlmaniz müəllimin regional bölmə sədri olmasını alqışlayaraq, bu gündən sonra Balakən yazarlarının tez-tez bir araya gələcəyinə və onların yazdıqları şeir, hekayələrin mütəmadi mətbuatımızda işıq üzü görəcəyinə inandıqlarını xüsusi vurğuladılar.
Daha sonra Azərbaycan jurnalistikasında öz sözünü demiş Jurnalist Zeynəddin Həsənli çıxış edərək, dedi:-əminəm ki, Əlmaniz müəllim peşəkar jurnalist kimi öz sözünü dediyi kimi bu sahədə də, bölmə sədri kimi öz sözünü deyəcək və Balakən yazarlarının daha da tanınması üçün aktivliyi ilə digər bölmələrdən seçiləcəkdir.
Şəhid anası, yazar xanım Gülşən Kərimova, Zümrüd Dibirova, Sevda Çıraqi, şair Rəşad Balakənli, Mövlud Nikbin, Əfqan Rəhmanov və başqa natiqlər də, AYB-nin Şimal-Qərb regional bölməsinin açılmasını alqışlayaraq, onun sədri yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə görəcəyi işlərdə uğurlar arzuladılar.
Sadiq Ələkbərli
Diaspor.info
Balakən bürosu.
Fotolar Romaya məxsusdur.