Bu gün Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsi Zaqatala şəhər Mədəniyyət Mərkəzində tədbir keçirib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə Xalq qəzetinin bölgə müxbiri İlqar Həsənov da qonaq qismində iştirak edib.
AYB-nin Şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli rayon yazarlarını bir araya toplayaraq onlara Regional Bölmənin üzvlük vəsiqələrini təqdim edib. Daha sonra tədbirdə iştirak edən şairlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, Vətən, Ana, Şəhidlərimizə həsr olunmuş şeirlərini səsləndiriblər.
509