• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hacı Hacızadə

18-09-2023, 13:00 | Baxılıb: 527
“Hacı  Hacızadə

Hacı 1999-cu ilin sentyabrın 25 –də Qax rayon Çüdüllü kəndində dünyaya göz açıb.İbrahim Xasıyev adına Qax rayon Çüdüllü kənd ümumi orta məktəbdə təhsil alıb.Daha sonra Qax rayon Marsan kəndində təhsilini bitirərək hərbi xidmətə yola düşüb.2017 -2019 –cu illərdə Müdafiə Nazirliyinin Beylaqan rayonunda yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.Xidmət etdiyi dövrdə nizamintizamı və xidməti ilə komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır.2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyümüzun bərpası uğrunda başlanılan 44 günlük müharibəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinə könüllü olaraq 3 dəfə müraciət etmiş və 29 sentyabr tarixində zəfər yolunda yeni tarix yazmağa yollanmışdır.Mənfur düşmənin işğalından azad edilən əzəli torpaqlarımızda xidmət etmiş və Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsində yaxından iştirak etmişdir.Şuşa şəhərinin gei qaytarılması əməliyyatı zamanı bir neçə yaralı əsgər yoldaşını xilas etmiş və yenidən döyüşə davam etmişdir.Ən böyük arzusu Şəhidlik zirvəsinə ucalmaq olan qəhrəmanımız məhz elə Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmışdır.



Hekayəsi
Bəzən yazmaq belə, insanın düşündüklərini ,yaşadığı hissləri ifadə edə bilmir.Görəsən hansımız uşaq vaxtı müəllimimiz verdiyi “Böyüdüyün zaman nə olacaqsan?” sualına “Qarabağı alıb,şəhid olacam!” cavabını vermişik? Hansımızın ən böyük xəyalı şəhid olmaq idi? Hansımızın ən böyük məhəbbəti vətənə qarşı idi ? Çox azımızın.Mən həmin insanların vətənə qarşı olan sevgisinin şahidi idim.Mən uşaqlıqda oynayan oyunların belə vətənə aid edilməsinin şahidi idim. Mən yazdığı şeirlərin vətənə aid etdiyi o gəncin şahidi idim .Hacı Hacızadənin necə bir qəhrəmanlıq göstərərək ,şəhid olduğunu döyüş yoldaşları şahidi oldu.Vətən müharibəsi başlayan günün sabahı, hərbi komisarlığa daxil olaraq “A kişi məni mütləq aparın! “ deyərkən bir daha onun necə bir igid olduğunun şahidi olmuşdular.Hacı bizə bir daha sübut etdi,vətənə olan sevginin uşaqlıqdan qanımızda var olan bir hiss olduğunu.Məktəbdə oxuyarkən,hər il 26 fevralı matəm günü kimi qeyd edərkən ,anlamalı idim onun gözlərindəki bu kədəri.Sobanın yanında oturduğumuzda “Hər şey necə də qəribədir,indi yaşadığımız bu kədəri sabah unutacayıq .“ dediyi zaman anlamlıydım illər keçsə belə sənin düşmənə olan intiqam hissinin yox olmayacağını.Yaxşıların tez öldüyü bu dünyada “hərkəs yerində sağolsun “ deyirdin hər dəfə,sən də cənnət yerində sağ ol Hacı! Sonuncu görüşümüzdə mənə deyirdin “növbəti kitabı mənim həyatımdan yaz “ deyə.Mən isə ağlıma iki günlük sevgi hekayələrini gətirib gülmüşdüm sənin bu sözünə. İndi düşündükcə, kədərlənirəm son görüşdə səni dinləmədiyim üçün. Biz insanlar niyə beləyik ? İtirdiyimiz zaman dəyərini bilirik hər şeyin.Bu mövzuda təsəlli tapdığım bir məqam var.Şəhidlər ölməz! Biz səni itirmədik.Biz səni sonsuzadək qazandıq. Və bu sönməyəcək bir ocağa bənzəyir.O ocaq ki,hər alovlandıqda səni qəlbimizdə və ruhumuzda yaşadacaq...

Yaşatdın bizlərə dərin bir acı
Necə dözər dərdinə ana,bacı?
Qəhrəman şəhidim Hacızadə Hacı !

Gözləyirdik biz səni sağ-salamat
Aldıq xəbərini sındı qol-qanad
Qopdu mənzilində ah nalə fəyad
Soyuq məzarında nur içində yat.

Niyə biz çəkirik bu qədər acı?
Axı cənnətdədir igidimiz Hacı!
Torpağa toxunub,ağlayır ana
Səsləyir oğlunu o yana-yana...


Ruhun şad olsun Hacı Hacızadə.Qələbə bizimdir!

 Hacı  Hacızadə

Xatun Hətəmovaскачать dle 10.6фильмы бесплатно


527

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.