DÜNYA
Bir neçə şeirdir mən yazdıqlarım,
Bunlardır həyatda dövlətim, varım.
Əgər varsa bir də vəfalı yarım,
Belə yaşamağa dəyər dünyada.
Sevənlərin sayı sənin çox olsa,
Düşmənlərin sayı əsla yox olsa.
İnsanam deyənin gözü tox olsa,
Belə yaşamağa dəyər dünyada.
Sevilmək qismətdir görəsən gərək,
Yaşamaq sevməkdir sevəsən gərək.
Sevənin qədrini biləsən gərək,
Belə yaşamağa dəyər dünyada.
AZƏRBAYCAN
Yaşa Vətən, ucal hər an,
Nə gözəlsən, Azərbaycan.
Möcüzədir hər bir yerin,
Bilinməyir çox sirlərin.
Adındakı məna dərin,
“Odlar yurdu”, “Qədim məkan”,
Nə gözəlsən, Azərbaycan.
Bir tərəfin şoran, qaynar,
Bir tərəfin bağ-baxçalar.
Doqquz cürə iqlimin var,
Bilir bunu dünya cahan,
Nə gözəlsən, Azərbaycan.
Nəyin yoxdur torpağında,
Həm düzündə, həm dağında.
Cəm olmuşuq qucağında,
Verdin bizə şirin dövran,
Nə gözəlsən, Azərbaycan.
Zəfərlərin yeni-yeni,
Alqışlayır dünya səni.
İnsanların çox mədəni,
Sörləyir türk, deyir İran,
Nə gözəlsən, Azərbaycan.
Paytaxtındır doğma Bakı,
O, məşəldir qoynundakı.
Qoruyursan hər əmlakı,
Qarış-qarış, orman-orman,
Nə gözəlsən, Azərbaycan.
Sən Qafqaza sona oldun,
Yüz millətə ana oldun.
Günəş kimi yana oldun,
Dahilərin çıxmaz yaddan
Nə gözəlsən, Azərbaycan.
Layiq oldun öz elinə,
Çox dərdlərə gərdin sinə.
Düşüb sənin qismətinə,
Qarabağ tək bir gülüstan,
Nə gözəlsən, Azərbaycan.
Var qoynunda mədəniyyət,
Həm dirçəliş, həm də sürət.
Heydər kimi bir şəxsiyyət,
Verib sənə şöhrətlə-şan,
Nə gözəlsən, Azərbaycan.
Vətən oldun Şəhriyara,
Nizamiyə, Bəxtiyara.
Hörmətin var sənətkara,
Sən şairlər diyarısan,
Nə gözəlsən, Azərbaycan.
Sevindirdin ürəyimi,
Qoy söyləyim öz fikrimi.
Sən müstəqil ölkə kimi,
Qalacaqsan daim cavan,
Nə gözəlsən, Azərbaycan.
Verməmisən bizə təlaş,
Nə üzüntü, nə iqtişaş.
Ləyaqətli bir vətəndaş,
Unudarmı səni heç an,
Nə gözəlsən, Azərbaycan.
Adın “Vətən” deyil əbəs,
Həm əzizsən, həm müqəddəs.
Qüdrətini deyir hər kəs,
Damarından axdıqca qan,
Nə gözəlsən, Azərbaycan.
TOYDU BU GÜN
Çaylar hardan başlayır,
Bulaqların gözündən.
Vətən hardan başlayır,
Kəndimizin özündən.
Dostlar gəlin Çobankola,
Kəndimizdə toydu bu gün.
Sevən oğlan, sevilən qız,
Kəndimizdə toydu bu gün.
Ən saf arzu ürəklərdə,
Ətir saçan çiçəklərdə.
Ən müqəddəs diləklərdə,
Kəndimizdə toydu bu gün.
El yığışıb şənlik edir,
Cavanlar da yallı gedir.
Mən demirəm ürək deyir,
Kəndimizdə toydu bu gün.
Hər ürəkdə sevgi olmaz,
Hər çiçəkdə güllər açmaz.
Sevənlər həsrətdə qalmaz,
Kəndimizdə toydu bu gün.
Eşqiylə körpü quranlar,
Sevərək qoşa duranlar.
Ey ürəyi bir vuranlar,
Kəndimizdə toydu bu gün.
Duyğular aşıb daşanda,
Könüldə eşq alışanda.
Həsrətlilər qovuşanda,
Kəndimizdə toydu bu gün.
Göydən yerə nur ələndi,
Bülbül gülə başın əydi.
Gülzar gəlin, Təbriz bəydi,
Kəndimizdə toydu bu gün.
Şakir baş əy məhəbbətə,
Bu möhtəşəm ülviyyətə.
Şeir qoş bu səadətə,
Kəndimizdə toydu bu gün.
Çobankolda toydu bu gün.
23.08.2015
Küləkli şadlıq sarayı: Xatirə olaraq ərmağan etdim Gülnar xanım və Təbriz bəyin toy günü. Gülnar xanım və Təbriz bəy bu toyunuz mübarək, sizi ürəkdən təbrik edirəm. Xoş günlər, xoş müjdələr və işıqlı gələcək sizinlə olsun. Allah sizləri qorusun!
Hər ilin 23 avqust ayında sevgi bayramı gününüzü qeyd etməyi unutmayın. Yada salın ki, bu sizin insan omründə, taleyində bir dəfə olan əsil ailə xoşbəxtliyinizə qədəm qoyduğunuz ən böyük son gecəsidir.
Bir daha sizə ən xoş arzularımı bildirirəm
Sizə dəyər verən müəlliminiz: Şakir müəllim.
SON BEŞIK ELMURAD OĞLUM
Mənim son beşiyim, son ümidgahım,
Sanıram mən səni son qibləgahım.
Qoy səni qorusun böyük Allahım,
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
A mənim son beşik Elmurad oğlum.
Demə ki, atamın ürəyi daşdır,
Düşünən beyni var, kamil bir başdır.
Ürəyi kövrəkdir, gözündə yaşdır,
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
A mənim son beşik Elmurad oğlum.
Bütün sınaqlardan çıxırsan indi,
Namərdə şimşək tək çaxırsan indi.
Hər kəsə ürəkdən baxırsan indi,
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
A mənim son beşik Elmurad oğlum.
Aldanma dünyada dosta, sirdaşa,
Bir ömür verginən mərdliklə başa.
Allahdan arzumdur səni 100 yaşa,
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
A mənim son beşik Elmurad oğlum.
Oğlum Elmuradsan, sən keşiyimsən,
Həyatda hər şeyim, ev-eşiyimsən.
Sən Şakir nəslinin son beşiyisən,
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
Məhəmməd nəslinin son beşiyisən,
Bu ada layiq ol yaşat ay oğlum.
A vaxtsız, vədəsiz yaşlaşan oğlum,
A mənim son beşik Elmurad oğlum.
AZƏRBAYCANIM
Çağırır qoynuna təbiət məni,
Yazıram daima ürək deyəni.
Ey odlar diyarım ana Vətənim,
Birisi öləndə 1000 bitənim.
Sənə gəc baxana olaram qənim,
Qovaram üstündən dumanı-çəni,
Təbiət qoynuna çağırır məni!
Dünyanın sehiri, sirri var bizdə,
Allahın bəxş edən dürrü var bizdə.
Sanki göydən enən hürrü var bizdə,
1000 bir naxışlıdır çölü, çəməni,
Təbiət qoynuna çağırır məni!
Bu eldə bir ərən, bir ər doğulub,
Düşməni məhv edən bir nər doğulub.
İlham alovuyla hünər doğulub,
Bu ad düşündürsün daima səni,
Təbiət qoynuna çağırır məni!
Dünya dəyişdikcə girir min dona,
Demə qiyamətdir çatıbdır sona.
Böyük nər doğmusan ey müdrik ana,
Köklə ürəyimdə sən hüsnüzəni,
Təbiət qoynuna çağırır məni!
Dünyanın qızılgül diyarı sən-sən,
Həyatın sevgisi, meyarı sən-sən.
İstəkli sevgimin bil yarı sən-sən,
Sevərəm dünyanın sonuna kimi,
Təbiət qoynuna çağırır məni!
Əzəldən heyranam gözəl yurduma,
Yoxdur ehtiyacı heç bir yardıma.
Mən Azər deyəndə tacdır adıma,
Dünya məəttəl qalıb şanlı orduma,
Bu bir sevgidir ki, məhv edir qəmi,
Təbiət qoynuna çağırır məni!
Kiri məhv elədi o ulu Tomris,
Yox oldu dağlarda o duman, o sis.
Hay küy salma daha erməni xəbis,
Sildi torpağımdan İlhamın səsi,
Təbiət qoynuna çağırır məni!
Zaqatala yurdumun cənnət bağıdır,
Qədim Qala-düzü sanki tacıdır.
Çobankol bu yerin ağ varağıdır,
Mən necə yazmayım gözün görəni,
Təbiət qoynuna çağırır məni!
Bu yurd dünyamızın bir şah əsəri,
Dəli küləkləri əsər sərsəri.
Şakiri də dünyaya nəzm edər zəri,
Dünya çəməninə düzər səməni,
Təbiət qoynuna çağırır məni!
AND YERİM
Sənin qucağında dolmuşam yaşa,
Həyatda hər şeyi düşmüşəm başa.
Hüsnünə etdikcə hərdən tamaşa,
İstərdim səninlə bəxtiyar olum,
Səni çox sevirəm ay Çobankolum.
Çox azdır dünyada sən tək gülüstan,
Görənlər hüsnünə olurlar heyran.
Tanrı yaratmışdır səni al-əlvan,
Ülvi gözəllikdir həm sağım-solum,
Səni çox sevirəm ay Çobankolum.
Mənə verməmisən üzüntü, kədər,
Ömrümün bir günü getməyib hədər.
Məni eyləmisən xoşbəxt, bəxtəvər,
İstərdim beləcə 100 yaşa dolum,
Səni çox sevirəm ay Çobankolum.
Şairəm yazıram düşəndə yeri,
Odur ki, yazıram nəğməni, şeiri.
Yəqin ki, inşallah qalmaram geri,
Şərəfli bir yoldur, bu mənim yolum,
Səni çox sevirəm ay Çobankolum.
Mən şair olmazdım sən olmasaydın,
Yazıb yaratmazdım sən olmasaydın.
Eldə ucalmazdım sən olmasaydın,
Səninlə yüksəlir həyatda rolum,
Səni çox sevirəm ay Çobankolum.
Ey kəndim, qurbandır sənə canım da,
Vətənə məhəbbət vardır qanımda.
Sənə arxalandım hər bir anımda,
Olmusan həmişə mənim simvolum,
Səni çox sevirəm ay Çobankolum.
Ey kəndim olmusan mənim simvolum,
Səni çox sevirəm ay Çobankolum.
15.05.2015
MİNNƏTDARAM MƏN
Səbirli olmuşam həmişə hər an,
Sanmayın həyatda biqəraram mən.
Şirin duyğulardır məni yaşadan,
Könlüm harda desə orda varam mən.
Məni məftun edir dağlar havası,
Bu bizim bölgənin gözəl səfası.
Şeirdir ömrümün ən xoş mənası,
Həmişə bu yolda nəğməkaram mən.
Sevdiyim varlıqlar namusla-ardır,
Beynim düşüncəli, qəlbim qaynardır.
Mənim də həyatda dildarım vardır,
Onunla xoşbəxtəm, bəxtiyaram mən.
Daim fəxr etmişəm mən Çobankolla,
Qələbə qazandım vurduğum qolla.
Gedirəm ilahi buyuran yolla,
İçkidən, zinadan tam kənaram mən.
Şakirəm mənası vardır ömrümün,
Tanrı avand edir işimi hər gün.
Bu gözəl dünyaya gəldiyim üçün,
Qüdrətli Allaha minnətdaram mən!
Mənim xoş günümə gələnlər üçün,
Daima sizlərə minnətdaram mən.
15.05.2015
YAXŞILIQLAR QALACAQ
Yaxşılarla daim verək əl-ələ,
Bu dünyada yaxşılıqlar qalacaq.
Yol verməyin kimsə düşsün əngələ,
Bu dünyada yaxşılıqlar qalacaq.
Yaxşılıqlar bəşərin cəh-cəlalı,
İnsanlığın ən müqəddəs amalı.
Deyib bunu həm Ələsgər, həm Alı,
Bu dünyada yaxşılıqlar qalacaq.
Yaxşılıqdır el-obanın bəzəyi,
Ta qədimdən məzlumların diləyi.
Tanrı olur yaxşıların köməyi,
Bu dünyada yaxşılıqlar qalacaq.
Qayğı göstər ağacdakı budağa,
Kimsəsizə, ahıllara, uşağa.
Yıxılanı qaldırginən ayağa,
Bu dünyada yaxşılıqlar qalacaq.
Üşüyəni söz odunla isindir,
Xəstələri az danışdır, az dindir.
Pulun çoxsa kasıbları sevindir,
Bu dünyada yaxşılıqlar qalacaq.
Mərdi sevər yeri, göyü yaradan,
Namərdləri tez götürür aradan.
Ağ gününə yaxmaginən qaradan,
Bu dünyada yaxşılıqlar qalacaq.
Mənfur olsan həyat sənə boş gələr,
Kamil olsan ürəyinə coş gələr.
Yaxşı əməl Allaha da xoş gələr.
Bu dünyada yaxşılıqlar qalacaq.
27.10.2015
QIZLAR BULAĞI
Qızlar bulağından su içən gözəl,
Öz-özündə gözəlliyi duyufdu.
Baxışıyla od salıbdı canıma,
Can evimi yana-yana qoyufdu,
Bu yaşımda vurularam ayıfdı.
Ətirli çiçək dərməyə,
Qızlar gəlin bizim bağa.
Gecədə ay işığında,
Günəş tək şəfəq saçmağa,
Qızlar gəlin bizim bağa.
Bağın bağbanı olaram,
Qızlar gəlin bizim bağa.
Səsləyərəm, bəsləyərəm,
Qızıl gülü qoxlamağa,
Qızlar gəlin bizim bağa.
Gözləyərəm yolunuzu,
Qızlar gəlin bizim bağa.
Heç olmasa beş gündən bir,
Mən ölmüşü yoxlamağa,
Qızlar gəlin bizim bağa.
Ömür qısa birdən ölləm,
Qızlar gəlin bizim bağa.
Çiçəklərdən çələng hörrəm,
Xatirə tək saxlamağa,
Qızlar gəlin bizim bağa.
Gəl, salmayın məni xəstə,
Qızlar gəlin bizim bağa.
Dayanaram yollar üstə,
Hey baxaram sola-sağa,
Qızlar gəlin bizim bağa.
Qızlar bulağından için,
Qızlar gəlin bizim bağa.
Sevginizi düzgün seçin,
Bəxtinizi sınamağa,
Qızlar gəlin bizim bağa.
Əkən güllər solmayanda,
Qızlar gəlin bizim bağa.
Bir gün Şakir olmayanda,
Gəlin bağı yoluxmağa,
Qızlar gəlin bizim bağa.
GƏLDİM
Böyük sevinclərlə ürəklə gəldim,
Sənin tədbirinə çiçəklə gəldim.
Ən xoş arzularla diləklə gəldim,
Budur qələbənin, zəfərin tacın,
Sən şair oğlusan Azərbaycanın.
Tarixdə həmişə közün qalacaq,
Çobankol kəndində izin qalacaq.
Bu dünya durduqca sözün qalacaq,
Əbədi qalacaq şöhrətin, şanın,
Sən şair oğlusan Azərbaycanın.
Çəkildi yolumdan dumanım, çənim,
Sığışmır qəlbimə sevincim mənim.
Ey əziz qardaşım sənsən gərəyim,
Səninlə fəxr edir Esmira bacın,
Sən şair oğlusan Azərbaycanın.
BÖYÜKLÜK
Böyüklük nə varda nə dövlətdədir,
Nə vəzifədədir, nə sərvətdədir.
Ağılda, kamalda, məhəbbətdədir,
Böyüklük odur ki, sevilsin insan,
Sən böyük olursan sevilən zaman.
Nəinki qardaşım nəslimizdə sən,
Yeganə şairsən kəndimizdə sən.
Yaşarsan həmişə qəlbimizdə sən,
Ucaltdın soy kökü daima hər an,
Sən böyük olursan sevilən zaman.
Hamıya ürəkdən yanmısan qardaş,
Dostlara dost kimi olmusan sirdaş.
Yaxşılıq bir deviz sanmısan qardaş,
Yaxşı əməllərlə sevilsin insan,
Sən böyük olursan sevilən zaman.
YARADANIM
Nələr çəkmiş mənim başım,
Qurumayır gözdən yaşım.
Yox könlümə bir sirdaşım,
Təkcə sənədir gümanım,
Yaradanım ey Allahım.
Qəm könlümü hey şumladı,
İz salacaq şırımladı.
Yandı bağrım susuzladı,
Kömək səndən qibləgahım,
Yaradanım ey Allahım.
Ömrüm boyu qul olaram,
Tanrıma sadiq qalaram.
İlhamı səndən alaram,
Qibləgahım son dərgahım,
Yaradanım ey Allahım.
Qoyma məni üzülməyə,
Yadlar üstümə gülməyə.
Düşüb Şakir bu ilməyə,
İmdad səndən səcdəgahım,
Yaradanım ey Allahım.
25.03.2020
DÜNYA
Gəl-gəl səndən xəbər alım,
Milyon illər duran dünya.
Nədən dolub boşalırsan,
Uçuruban quran dünya.
Adəm-Həvvadan qalmısan,
Günahsız canlar almısan.
Kimləri yada salmısan,
Varmı səndən soran dünya.
Ağladırsan, güldürürsən,
Xislətini bildirirsən.
Yandırırsan, öldürürsən,
Gah salırsan boran dünya.
Süleymana tələ quran,
Taxtını qoydun viran.
Bilinməyir ağın-qaran,
Kimlərnən var aran dünya.
Kimlər səndən doydu getdi,
Var-yoxunu qoydu getdi.
Dərisini soydu getdi,
Asan-kəsən vuran dünya.
Şakir sən də dolub yaşa,
Ömrünü döndərmə daşa.
Qəlbimə vurduğun qoşa,
Qövr eləyir yaran dünya.
Şakir istər yüz il yaşa,
Bu dünyaya et tamaşa.
Hanı Sultan, hanı Paşa,
Aldadıban alan dünya,
Milyon illər duran dünya.
HƏYAT
Hüsnünə vurğunam ana təbiət,
Hər Bahar gətirir bizə şeriyyət.
Könlümdə yaranır ən xoş bir niyyət,
Ürəyim deyir ki, durma yaz yarat,
Sənindir bu dövran, sənindir həyat.
Hissim duyğularım sən hakim kəsil,
Fəsillər dalınca gəlir bir fəsil.
Yaradan yaradıb cənnətdir əsil,
Çək bu mənzərəni nə dincəl, nə yat,
Sənindir bu dövran, sənindir həyat.
Bir halal zəhmətə öyrət əlləri,
Çalışanın olar gözəl günləri.
Keçirmə ay Şakir boşa illəri,
Qurub yaratmağa daima can at,
Sənindir bu dövran, sənindir həyat.
DÜNYA
Bir neçə şeirdir mən yazdıqlarım,
Bunlardır həyatda dövlətim, varım.
Əgər varsa bir də vəfalı yarım,
Belə yaşamağa dəyər dünyada.
Sevənlərin sayı sənin çox olsa,
Düşmənlərin sayı əsla yox olsa.
İnsanam deyənin gözü tox olsa,
Belə yaşamağa dəyər dünyada.
Sevilmək qismətdir görəsən gərək,
Yaşamaq sevməkdir sevəsən gərək.
Sevənin qədrini biləsən gərək,
Belə yaşamağa dəyər dünyada.
OLDUQ
Biz elə dost olduq sözdə bütövlük,
İnamla yoğrulan bir çələng hördük.
Əməli işlərdə etibar gördük,
Yaradan Allahdan budur diləyim,
Bizi ayırmasın sevən ürəyim.
Biz elə dost olduq gec tanış olduq,
Buna baxmayaraq biz sirdaş olduq.
Ən ağır günlərdə biz qardaş olduq,
Olmusan həmişə mənim gərəyim,
Bizi ayırmasın sevən ürəyim.
Biz elə dost olduq insana dayaq,
Uzaq yollarda da yanar bir çıraq.
İnşallah olarıq nəsilə dayaq,
Bütün dostlarıma budur diləyim,
Bizi ayırmasın sevən ürəyim.
Şair dostum əvvəlki tək bir olaq,
Dünyadan Şakirlə qoşa kam olaq.
Badələri şərbət dolu qaldıraq,
Dosta olan budur arzu niyyətim.
Bizi ayırmasın sevən ürəyim.
Dost bağından əsən sərin küləyin,
Bizə dəstək olsun sevən ürəyim.
AZƏRBAYCAN
Yaşa Vətən, ucal hər an,
Nə gözəlsən, Azərbaycan.
Möcüzədir hər bir yerin,
Bilinməyir çox sirlərin.
Adındakı məna dərin,
“Odlar yurdu”, “Qədim məkan”,
Nə gözəlsən, Azərbaycan.
Bir tərəfin şoran, qaynar,
Bir tərəfin bağ-baxçalar.
Doqquz cürə iqlimin var,
Bilir bunu dünya cahan,
Nə gözəlsən, Azərbaycan.
Nəyin yoxdur torpağında,
Həm düzündə, həm dağında.
Cəm olmuşuq qucağında,
Verdin bizə şirin dövran,
Nə gözəlsən, Azərbaycan.
Zəfərlərin yeni-yeni,
Alqışlayır dünya səni.
İnsanların çox mədəni,
Söyləyir türk, deyir İran,
Nə gözəlsən, Azərbaycan.
Paytaxtındır doğma Bakı,
O, məşəldir qoynundakı.
Qoruyursan hər əmlakı,
Qarış-qarış, orman-orman,
Nə gözəlsən, Azərbaycan.
Sən Qafqaza sona oldun,
Yüz millətə ana oldun.
Günəş kimi yana oldun,
Dahilərin çıxmır yaddan,
Nə gözəlsən, Azərbaycan.
Dayaq oldun öz elinə
Çox dərdlərə gərdin sinə.
Düşüb sənin qismətinə,
Qarabağ tək bir gülüstan,
Nə gözəlsən, Azərbaycan.
Var qoynunda mədəniyyət,
Həm dirçəliş, həm də sürət.
Heydər kimi bir şəxsiyyət,
Verib sənə şöhrətlə-şan,
Nə gözəlsən, Azərbaycan.
Vətən oldun Şəhriyara,
Nizamiyə, Bəxtiyara.
Hörmətin var sənətkara,
Sən şairlər diyarısan,
Nə gözəlsən, Azərbaycan.
Sevindirdin ürəyimi,
Qoy söyləyim öz fikrimi.
Sən müstəqil ölkə kimi,
Qalacaqsan daim cavan,
Nə gözəlsən, Azərbaycan.
Verməmisən bizə təlaş,
Nə üzüntü, nə iqtişaş.
Ləyaqətli bir vətəndaş,
Unudarmı səni heç an,
Nə gözəlsən, Azərbaycan.
Adın “Vətən” deyil əbəs,
Həm əzizsən, həm müqəddəs.
Qüdrətini deyir hər kəs,
Damarından axdıqca qan,
Nə gözəlsən, Azərbaycan.
OĞLUM ELMURAD
Mənim son beşiyim, son ümidgahım,
Sanıram mən səni son qibləgahım.
Qoy səni qorusun böyük Allahım,
Hər ürəkdə, olar bir murad oğlum,
Mənim də qəlbimdə var murad oğlum.
Demə ki, atamın ürəyi daşdır,
Düşünən beyni var, kamil bir başdır.
Ürəyi kövrəkdir, gözündə yaşdır,
Ay mənim son beşik Elmurad oğlum,
Gəl məni etginən daim şad oğlum.
Aldanma dünyada dosta, sirdaşa,
Bir ömür vurginən mərdliklə başa.
Allahdan arzumdur şərəflə yaşa,
Şərəfim, şöhrətim şirin dad oğlum,
Ay mənim son beşik Elmurad oğlum.
Arzularam yana gur çırağınız,
Qoy açılsın nurlu bir sabahınız.
Gəlsin bizə daim şad sorağınız,
Həyatda həmişə qur yarat oğlum,
Ay mənim son beşik Elmurad oğlum.
Bütün sınaqlardan çıxmısan indi,
Namərdə şimşək tək çaxmısan indi.
Hər kəsə ürəkdən yanmısan indi,
Bax budur böyüklük şən həyat oğlum,
Ay mənim son beşik Elmurad oğlum.
Oğlum Elmuradsan, sən keşiyimsən,
Həyatda hər şeyim, ev-eşiyimsən.
Sən atan Şakirin son beşiyisən,
Adıma layiq ol, yaxşı ad oğlum,
Ay mənim son beşik Elmurad oğlum.
Sən baba yurdunda gəl yaşa oğlum,
Ay mənim son beşik Elmurad oğlum.
Sən mənim son beşik Elmurad oğlum.
2018-2020
SƏADƏT
Hörmət nə vardadır nə də dövlətdə,
Nə vəzifədədir, nə şan şöhrətdə.
Əgər insan olub yaşaya bilsən,
Sənindir dünyada izzət, hörmət də.
Atginən tamahı can at halala,
Sənə nicat verər Allahu tala.
Çatarsan o zaman hər istiqlala,
Sənindir qısmət də, həm mərməmət də.
Qocanı, kimsəsiz xəstələri sən,
Diqqətdə saxlayıb qayğı göstərsən.
Daima bunları könüldən etsən,
Sənindir hörmət də və məhəbbət də.
Hikmətdən dərs alıb, gəz bağı bir-bir,
Hər üzə gülənə gəl açma sən sirr.
Təsəllin olarsa səbir ay Şakir,
Sənlə sirdaş olar bil səadət də.
Məndən böyük bacım İbrahimova Zalxa Məmməd qızı qardaşı Şakir müəllimə ünvanladığı bayatıları sizlərə ərmağan etmək istərdim.
Bir gözəl yay günü Avqust 2019
Qapıda durma yesir,
İçəri gir yel əsir.
Qardaşımı görməyə,
Ürəyim çox tələsir.
Qardaşım bir dənədir,
Açılmış gül dənədir.
Aləmlərin içində,
Mənimki bir dənədir.
Qardaşım qala basar,
Qaşları qələm yazar.
Mənim bircə qardaşım,
Dərd desəm dərman yazar.
Qardaş dimə qan olar,
Yel əsər tufan olar.
Qardaş itirən bacı,
Ürəyi yana olar.
Bağçanın barı dəyər,
Meyvə budağın əyər.
Mənim bircə qardaşım,
Bütün dünyaya dəyər.
Dağdağan ağacları,
Bar gətirər ucları.
Qardaşın yaraşığı,
Sevdirər bacıları.
Çıxdım dağlar başına,
Baxdım yollar daşına.
Qardaşlar qonaq olar,
Bacıların aşına.
Yaşım gözümdən gedir,
Axır üzümdən gedir.
Necə gedir bilmirəm,
Gedən özümdən gedir.
Çaylar daşar bilinər,
Kür qarışar bilinər.
Ana qədrini bala,
Ayrı düşəndə bilər.
Dambır çalan beş barmaq,
Qardaşı gördüm bayaq.
Ha yüyürdüm çatmadım,
Qurusun belə ayaq.
(ayaqları tutulmuşdu, gəzə bilmirdi,
Allah şəfa versin. Amin!)
AZƏRBAYCANIM
Ey odlar yurdumuz Azərbaycanım,
Dövlətim, sərvətim, gözəl məkanım.
Günü-gündən ucalan şöhrətim-şanım,
Bir deyin kim sevməz belə vətəni,
Çağırır qoynuna təbiət məni.
Doqquz cür iqlimi olan ölkəmiz,
Onun ən gözəli bizim bölgəmiz.
Yamyaşıl yamaclar sərin kölgəmiz,
Gözəldir hər yeri gülü, çəməni,
Çağırır qoynuna təbiət məni.
Müstəqil ölkədir düz yolu vardır,
Sabaha açılan 100 qolu vardır.
İlham Əliyev tək simvolu vardır,
Deyin kim unudar belə ölkəni,
Çağırır qoynuna təbiət məni.
Fəsillər dəyişib girdikcə dona,
Bəzənib elə bil yaşılbaş sona.
Ey insan, kim doyar baxmaqdan ona,
Çöl-çəmən, bu vüsət, bu heyrət məni,
Çağırır qoynuna təbiət məni.
Vurgun təbiətin heyranı oldu,
Buludlar üstünün yorğanı oldu.
Əsərin baş rolu Ceyranım oldu.
Ax necə yazdı ki, o mənzərəni,
Çağırır qoynuna təbiət məni.
Vurğunam elimin ana yurduna,
Alışıb yanaram onun oduna.
Dünya heyran olub sənin adına,
Gülüstan ölkə tək bilirlər səni,
Çağırır qoynuna təbiət məni.
Sənin qeyrətini çox çəkdi Tomris,
İndi həsrət çəkir bizlərə Paris.
Etiraf eyləyir hər görən turist,
Mən necə öyməyim bizim bölgəni,
Çağırır qoynuna təbiət məni.
Cənnət istəyirsən Zaqataladır,
Onun da şöhrəti qədim qaladır.
Doğulduğum torpaq Çobankoldadır,
Mən necə yazmayım gözüm görəni,
Çağırır qoynuna təbiət məni.
Bahardan ətirli bir külək əsər,
Sevənlər görüşə hər an tələsər.
Gözələ baxmasan gözəllik küsər,
Unutmaz aləmdə sevən-sevəni,
Çağırır qoynuna təbiət məni.
Açılsın ömrünə güllər səhəri,
Rəssamın çəkdiyi sənət əsəri.
Şakirəm sözümün son müxtəsəri,
Gözəllər gözəli bahar-səməni,
Çağırır qoynuna təbiət məni.
KƏNDİMİZ
Açıb süfrəsini dosta, qonağa,
Keçmişdən söylənir çörəkli kənddir.
Mərdləri çəkərək başa, ocağa,
Namərdə hər zaman yerilməz bənddir.
Dağıstandan, Qaxdan, Şəkidən bizə,
Köçüb bu yerlərdə məskən salıblar.
Mehriban, xoş sifət, gül üzümüzə,
Bu günə qədər də burda qalıblar.
Çobankol kəndində çox az ev vardır,
Gələn çoxaldıqca kənd də böyüyür.
Bunu söyləyən babam Ramazandır,
Qonaqlı kəndiylə hər kəs öyünür.
Söylə yolçu yolda qalıb,
Çobankoldan keçmisənmi.
Bircə gecə qonaq olub,
Dost çayından içmisənmi?
Kişiləri qonaqpərvər,
Qadınları üzü gülər.
Qızları da qızıl güllər,
Burdan gəlin seçmisənmi?
Şakir, ömrün illərində,
Bu yerlərin ellərində.
Oraq tutub sən əlində,
Zəmilərdən biçməsənmi?
YAŞAYAQ VAXTINDA, ÖLƏK VAXTINDA
Bilsəydik saatın, vaxtın qədrini,
Ömrün mənası olmazdı xırda.
Odur ki, dünyanın ənbər ətrini,
Kimi əvvəl çəkir, kimi axırda.
İtirə-itirə gedirik hər an,
Əcəl gözləmədən gətirir fərman.
Bir dəfə dünyaya gəlir hər insan,
Hər şeyin qədrini bilək vaxtında.
Günləri verməyək heç zaman boşa,
Gəzək güneyləri daima qoşa.
Vuraq ömrümüzü sevgiylə başa,
Sevilək vaxtında, sevək vaxtında.
Bizi gözləməyir nə dövran, zaman,
Sabah nələr olar bilməyir insan.
Odur ki, həyatda yaxşı ad qazan,
Alışaq vaxtında, sönək vaxtında.
Hər şey öz yerində, vaxtında gözəl,
Vaxtsız tökülməsin, ağacdan xəzəl.
Həyatda gənclikdir, taxtında gözəl,
Qoy desin sözünü ürək vaxtında.
Vədə yaxınlaşır hər gün sabaha,
Yaşamaq həvəsi Şakir çox baha.
Heç nə istəmirəm dünyada daha,
Yaşayaq vaxtında, ölək vaxtında.
Yaşayaq vaxtında, ölək vaxtında.
Fəsillərin içində ən çox sevdiyim təbiətin bir qızıl payızı günündən.
09.11.2019
DÜNYA
Gəl-gəl səndən xəbər alım,
Milyon illər duran dünya.
Nədən dolub boşalırsan,
Uçuruban quran dünya.
Adəm-Həvvadan qalmısan,
Günahsız canlar almısan.
Kimləri yada salmısan,
Varmı səndən soran dünya?
Ağladırsan, güldürürsən,
Xislətini bildirirsən.
Yandırırsan, öldürürsən,
Gah salırsan boran dünya.
Tanımırsan qoca, cavan,
Süleymanlar yola salan.
Varmı səndən razı qalan,
Milyon illər duran dünya.
Süleymana tələ quran,
Taxtını qoymusan viran.
Bilinməyir ağın-qaran,
Kimlərnən var aran dünya.
Kimlər səndən doydu getdi,
Var-yoxunu qoydu getdi.
Dərisini soydu getdi,
Asan-kəsən vuran dünya.
Şakir istər yüz il yaşa,
Bu dünyaya et tamaşa.
Hanı Sultan, hanı Paşa,
Aldadıban alan dünya,
Şakir sən də dolub yaşa,
Ömrünü döndərmə dasa.
Qəlbimə vurduğun qoşa,
Qövr eləyir yaran dünya.