• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Umayra Tağıyeva: Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir

1-12-2023, 23:00 | Baxılıb: 218
“Umayra Tağıyeva: Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında Azərbaycan öz pavilyonu ilə təmsil olunub. Pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində dövlət siyasəti, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görülən işlər, eyni zamanda, emissiyaların azaldılması sahəsində töhfələr barədə geniş məlumat verilib. Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir. Lakin buna baxmayaraq beynəlxalq səylərə dəstək olaraq Azərbaycan Çərçivə Konvensiyasının katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib.
Diaspor info xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28 jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini xatırladıb ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb. “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin emissiya karbon neytrallığı zonası elan olunub. İqlim dəyişikliyinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Təkcə 2023-cü il ərzində artıq 2 milyon müxtəlif cinsli ağac əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında bunun böyük bir töhfəsi olacaq”, - deyə U.Tağıyeva bildirib.Azərbaycan iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, son illərin statistik məlumatlarının təhlili göstərir ki, ölkənin iqlim dəyişikliyinə həssaslıq indeksi artır. Lakin bu, tək Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər “Erkən xəbərdarlıq hər kəs üçün” təşəbbüsü irəli sürülüb. “Bu sahədə də Azərbaycanda dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir”, – deyə nazir müavini bildirib.скачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.