• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əməkdar jurnalist Yasin Qaraməmmədlinin 85 illik yibileyi ilə bağlı toplantı keçirilib

5-12-2023, 19:30 | Baxılıb: 216
“Əməkdar jurnalist Yasin Qaraməmmədlinin  85 illik yibileyi ilə bağlı toplantı keçirilib


Bu gün Azərbaycan Mətbuat Şurasında əməkdar jurnalist, ömrünü televiziya və radionun, bütövlükdə çağdaş jurnalistikamızın inkişafına, zəngin pedaqoji fəaliyyətə sərf etmiş Yasin Qaraməmmədlinin 85 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Y.Qaraməmmədli imzası bir jurnalist nəslinin yaşantısıdır. Yubilyarın müəllifi və aparıcısı olduğu proqramlar həmin nəslin yetişməsi, özünü peşəsində və ictimai həyatda təsdiqləməsi üçün stimul rolunu oynayıb. Y.Qaraməmmədlinin 1964-cü ildən peşəkar fəaliyyətə o zamankı Baş Mətbuat İdarəsində senzor kimi başladığını deyən R.Məcid onun həmin ilin noyabrında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə dəvət edildiyini, iyirmi ildən artıq bir müddətdə burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışdığını diqqətə çatdırıb. MŞ sədri bildirib ki, Y.Qaraməmmədlinin analitik təhlilləri və şərhləri dərin məzmunu, milli ruhu ilə hər zaman seçilib.

R.Məcid yubilyar jurnalistin dəyərli pedaqoq kimi neçə-neçə tələbənin həyatında dərin iz buraxdığından söz açıb. O vurğulayıb ki, zəngin elmi-pedaqoji və efir fəaliyyəti ilə yanaşı, mütəmadi olaraq dövri mətbuatda da çıxış edən Y.Qaraməmmədli Azərbaycanın xarici siyasətinə, beynəlxalq siyasətdə ölkəmizin mövqeyinə dair analitik məzmunlu məqalələlərin müəllifi kimi də tanınıb, televiziya və radio dinləyiciləri ilə yanaşı, oxucu auditoriyasının da sevimlisinə çevrilməyi bacarıb. Yubilyar qələm sahibinin indiyədək çoxsaylı mükafatlara, “Əməkdar jurnalist” fəxri adı ilə yanaşı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu kimi dövlət təltiflərinə layiq görüldüyünü vurğulayan MŞ sədri ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

Toplantıda çıxış edənlərdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli Y.Qaraməmmədlinin rəvan səsininin, sistemli danışıq qabiliyyətinin dinləyicilərdə, xüsusən də gənclərdə böyük rəğbət doğurduğunu, onları jurnalist peşəsinə ruhlandırdığını vurğulayıb. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu Yasin müəllimi Azərbaycan ziyalılığının rəmzlərindən biri kimi dəyərləndirib, onun peşəsindəki nümunəviliyi kamillik örnəyi adlandırıb.

Çıxış edənlərdən “Xalq qəzeti”nin əməkdaşı, əməkdar jurnalist İttifaq Mirzəbəyli, əməkdar jurnalistlər İlyas Adıgözəlli və Rəhim Hüseynzadə, Azərbaycan radiosunun əməkdaşları Şəlalə Məhyəddinqızı, Dilşad Tahirqızı, Səyavuş Hüseynli və Arzu Bayramova, əməkdar jurnalist, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Xalq qəzeti”nin əməkdaşı Paşa Əmircanov, professorlar Əlisa Əhmədov və Rafail Əhmədli, radio veteranları Mehman Vəliyev və Tofiq Rüstəmli, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli, həmin təhsil ocağının mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev və başqaları Y.Qaraməmmədlini fədakar jurnalist, dərin düçüncəli, tələbələrinə daim qayğı ilə yanaşan müəllim, həmkarlarına nəvaziş göstərən nəciblik obrazı, əsl ziyalı kimi səciyyələndirən alicənab xüsusiyyətlərdən, onun həssas insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüblər.

Sonda çıxış edən yubilyar Yasin Qaraməmmədli toplantı iştirakçılarına xoş sözlərə və əməyinə verdikləri yüksək dəyərə görə təşəkkürünü bildirib.скачать dle 10.6фильмы бесплатно


216

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.