• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

8-12-2023, 18:00 | Baxılıb: 256
“Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Azərbaycandan Türkiyəyə göndərilən 2 tır humanitar yardım Kahramanmaraş bölgəsinə çatıb.
Yardımın təqdimetmə mərasimində iştirak etmək üçün Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev, ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev və içraçı direktorun müavini Şahin Camalov Kahramanmaraşa səfər ediblər. İçərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün sobalardan ibarət olan 2 tır Kahramanmaraş rayon Afet ve Acil Durum (AFAD) Müdürlüyünə təqdim olunub.
Səfər çərçivəsində AFAD başqan yardımcısı Hamza Taşdelen, Kahramanmaraş valisinin müavini Emre Cebeci, AFAD Kahramanmaraş il müdiri Tayfun Temur, müdirliyin əməkdaşları və zəlzələdən əziyyət çəkmiş yerli sakinlərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AFAD başqan yardımcısı Hamza Taşdelen Azərbaycan dövlətinin zəlzələdən dərhal sonra ilk yardıma gələn dövlətlərdən olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman Türkiyə xalqının yanında olduğunu qeyd edib və göndərilən yardımlar haqqında məlumat verib. Türkiyə Cümhuriyyətinin köməyinə ilk gəlib çatan və son tərk edən xilasedicilərin də məhz Azərbaycandan olduğunu qürur hissi ilə qeyd edən H.Taşdelen Azərbaycan xalqına və ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib.
Diasporla İş Üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev bildirib ki, yardım kampaniyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarının icrası istiqamətində görülən işlərin bir hissəsidir. Bu sahədə fəaliyyət göstərən bütün dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyənin yanında olmaqda davam edəcək.
Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yardım göndərib.
ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.


Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb
Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb
Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıbскачать dle 10.6фильмы бесплатно


256

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.