• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-da yaşayan Zəminə Mirhadıyeva: “Əgər Prezidentimiz icazə versə, mən ona qardaş deyərəm”

13-12-2023, 16:30 | Baxılıb: 261
“ABŞ-da yaşayan Zəminə Mirhadıyeva: “Əgər Prezidentimiz icazə versə, mən ona qardaş deyərəm”

ABŞ-da yaşayan Zəminə Mirhadıyeva: “Əgər Prezidentimiz icazə versə, mən ona qardaş deyərəm”

“Mənim anam ağdamlı, atam isə şuşalıdır. 8 qardaşın bir bacısıyam, qardaşlarımın bir neçəsi dünyasını dəyişib. Həmişə qardaşlarımla mübahisə etmişəm, onlara əsəbiləşmişəm ki, mənim ata-anamın 8 oğlu var, amma məzarları əsirlikdədir. Bir gün olsun belə Qarabağı, işğalda olan torpaqlarımızı unutmamışdım. Torpaqlarımızın azadlığı mənim üçün dünyada ən böyük, ən mühüm bir hadisədir və buna görə çox xoşbəxtəm”.
Bu sözləri əslən Şuşadan olan və hazırda ABŞ-da yaşayan diaspor fəalı, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva deyib.
O bildirib ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra 3 dəfə Şuşada, 2 dəfə Ağdamda olub: “Şuşada ata-baba evimizə getdim, ancaq 4 divar qalmışdı, bir pəncərədə də dəmir çərçivə - başqa da heç nə yox idi. Ərazilərimizi işğaldan azad edən əsgərlərimizə və Ali Baş Komandanımıza böyük minnətdarlıq hissi ilə yaşayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Əgər Prezidentimiz də icazə versə, mən ona qardaş deyərəm, çünki torpaqlarımızı azad etdi və atamın, anamın qəbri əsirlikdən azad oldu”.
Z.Mirhadıyeva qeyd edib ki, Müzəffər Ali Baş Komandan öz ağlı və gücü ilə dünyaya Azərbaycan xalqının da gücünü göstərdi: “Xatırlayıram ki, Nyu-Yorka getmişdim, orada ABŞ-dakı icma üzvləri ilə birlikdə bayrağımızı qaldırırdıq, eyni vaxtda prezident İlham Əliyev Azərbaycanın bayrağını Xankəndidə qaldırırdı. Biz çox qürurluyduq. O günü heç vaxt unutmayacam. İndi Qarabağda gedən quruculuq işləri ilə də çox maraqlanıram, hətta gözləyirəm ki, Ağdam minalardan təmizlənsin və mənə icazə versinlər ki, orada şahmat-dama məktəbinin tikilməsində yaxından iştirak edim. Bilirsiniz ki, mən idman ustasıyam, əməkdar məşqçiyəm. Vaxtilə Bakıda beynəlxalq turnirlər təşkil edirdik, dünya çempionlarını dəvət edirdik. Mən indi istəyirəm ki, Ağdamda şahmat klubu açılsın və o vaxtkı “Sevil” turniri bərpa olunsun, dünyanın hər yerindən idmançılar gəlib Qarabağı görsünlər. Təkcə dama sahəsində Ağdamdan bir neçə Azərbaycan çempionu olub, onlar Avropa və dünya çempionatlarında yüksək yer tutublar. Çox arzu edirəm ki, bu nəticələr təkrar olunsun”.
ABŞ-da yaşayan Zəminə Mirhadıyeva: “Əgər Prezidentimiz icazə versə, mən ona qardaş deyərəm”
ABŞ-da yaşayan Zəminə Mirhadıyeva: “Əgər Prezidentimiz icazə versə, mən ona qardaş deyərəm” скачать dle 10.6фильмы бесплатно


261

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.