• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına həsr olunmuş beynəlxalq dəyirmi masada iştirak edib

19-12-2023, 17:00 | Baxılıb: 275
“Ombudsman Aparatının əməkdaşı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına həsr olunmuş beynəlxalq dəyirmi masada iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Özbəkistan Respublikasının insan hüquqları üzrə milli mərkəzinin təşkilatçılığı ilə Daşkənd şəhərində “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına hərs olunmuş beynəlxalq dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistanın müvafiq dövlət qurumlarının, milli insan hüquqları təsisatlarının, elm-təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə BMqT-nin baş ofisinin və regional nümayəndəliklərinin, Miqrasiya məlumatlarının təhlili üzrə Qlobal Mərkəzin təmsilçiləri iştirak edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, uşaq, qadın və digər həssas miqrant kateqoriyalarından olan şəxslərin maraqlarının qorunması, miqrasiya qanunvericiliyinin və bu sahədə hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi, miqrantların statuslarının tənzimlənməsi ilə bağlı Azərbaycan Ombudsmanının fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
T.Cahangirova çıxışında qeyd edib ki, daxili məcburi yerdəyişmənin presedentsiz fəsadları ilə üzləşmiş Azərbaycan Respublikasının otuz il işğal altında olan əzəli torpaqları işğaldan azad edilib və ərazi bütövlüyü bərpa olunub, bununla uzun illər bütün fundamental insan hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dədə-baba yurduna təhlükəsiz və ləyaqətli qayıdışına zəmin yaranıb.
O vurğulayıb ki, həmin ərazilərin kütləvi şəkildə minalarla çirklənməsi hazırda orada aparılan bərpa və yenidənqurma işlərinə mane yaratmaqla yanaşı, insanların həyat və sağlamlığına ciddi təhlükə törədir, onilliklərlə yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin qayıdışına və hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədir.
Həmçinin Ombudsmanın həyata keçirdiyi hüquqi maarifləndirmə tədbirləri, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə başçəkmələr, habelə fərdi şikayət və müraciətlərin araşdırılması, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə əldə edilən müsbət təcrübələr barədə məlumat verilib.
Tədbir çərçivəsində miqrasiya sahəsində Mərkəzi Asiya dövlətləri arasında tərəfdaşlığın və dialoqun inkişafı perperktivləri müzakirə edilib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.