• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib

22-12-2023, 18:30 | Baxılıb: 270
““Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin açılışı baş tutub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndiririb.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb.
"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə belə bir təşəbbüs üçün Fondun rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra Milli Məclisin deputatları Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Fatma Yıldırım, Jalə Əhmədova, Qazaxıstan Respublikası Türkistan vilayəti “Qarabağ” Azərbaycan Etno-Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva çıxış edərək, düşərgənin işinə uğurlar arzulayıblar.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan 44 günlük Vətən savaşına həsr olunmuş videoçarx və “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində keçirilmiş öncəki düşərgənin video çarxı nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzinin tərəfdaşlığı ilə 21-27 dekabr 2023-cü ildə baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın övladları iştirak edəcək. Layihəyə Qazaxıstandan və Azərbaycandan ümumilikdə 20 şagird, 3 təlimçi qatılıb. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə ümummilli liderin əziz xatirəsinə həsr olunub.
Qeyd edək ki, bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. 7-13 avqust 2023-cü il tarixində isə düşərgənin 2-ci hissəsi İsveçrədə baş tutub. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi planlaşdırılır.
Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər (V) Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilir.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri yaradılıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq və ölkəmizlə bağlı həqiqətləri aşılamaqdır.

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilibскачать dle 10.6фильмы бесплатно

270

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.