• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

6-06-2024, 16:00 | Baxılıb: 303
“Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu fakültədəki “Azərbaycan Mətbuat Şurası” auditoriyasında keçirilmiş iclasın gündəliyi barədə məlumat verib.

V.Zifəroğlu bildirib ki, Şuranın Katibliyi tərəfindən quruma daxil olmuş şikayətlər üzrə müvafiq araşdırma işləri aparılıb. Müəyyənləşdirilib ki, ayrı-ayrı media orqanları ilə bağlı məsələlər məhkəmə müstəvisinə də çıxarılıb. Buna görə də onların komissiyada müzakirəsi Şuranın nizamnaməsinə uyğun deyil. V.Zifəroğlu bu cəhətin cəmiyyətə çatdırılmasına və məsələyə dair Mətbuat Şurasının ayrıca maarifləndirici məlumat yaymasına ehtiyacın duyulduğunu vurğulayıb. Belə ki, Şuranın nizamnaməsində bildirilir ki, qurum məhkəmə icraatında olan şikayətlərə baxmır.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bununla belə iclada həmin şikayətləri doğuran motivlərə diqqət yetirilib. Müəyyənləşdirilib ki, ayrı-ayrı vətəndaşların media orqanlarından narazılıqlarını doğuran konkret cəhət qarşı tərəfin mövqeyinin təqdimatına əhəmiyyətsiz yanaşmadır. Bu isə şikayətçilər tərəfindən müxtəlif cür qiymətləndirilir ki, qiymətləndirmələr sırasında şərəf və ləyaqətin təhqirindən tutmuş, işgüzar nüfuza xələl gətirilməsinədək bir çox xüsuslar var. Ona görə də media və jurnalistlər tənqid obyektlərinin mövqeyinin öyrənilməsinə ciddi yanaşmalıdırlar. Bu tələbə sonradan yox, məhz materiallar hazırlayarkən diqqət yetirməlidirlər ki, ictimaiyyətə ötürülən mesaj dolğun və obyektiv olsun.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
İclasda “AzEstetik Group” MMC-nin “Publika.az”, “Moderator.az”, Bakunews.az”, “Hakimiyyet.info” saytlarında gedən yazılardan şikayətinə də baxılıb. Məlum olub ki, həmin materiallarda narazılıq doğuran başlıca motiv Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözügedən şirkətlə bağlı bildirdikləridir. Şuranın Katibliyinin adı çəkilən saytlarla apardığı fərdi söhbətlər zamanı onlar “AzEstetik Group” MMC-nin fikirlərinin də təqdimatına hazır olduqlarını bildiriblər. Şikayətlər üzrə Komissiya bu mövqeni məqbul qiymətləndirib. Komissiya, eyni zamanda, belə qənaətdədir ki, ümumən sözügedən media orqanlarının da tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmaları, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmaları mütləqdir.

Şikayətlər üzrə Komissiyada media adından sui-istifadə ilə bağlı MŞ-yə daxil olmuş bir şikayətə də nəzər salınıb. Bildirilib ki, bu kimi hallar bilavasitə Şuranın səlahiyyətinə aid olmadığından, belə şikayətlərin aidiyyatı üzrə göndərilməsi və görülən tədbirlərin diqqətdə saxlanılması vacibdir.скачать dle 10.6фильмы бесплатно


303

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.