• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Beynəlxalq konfransda nevroloji xəstəliklərin müayinə və müalicəsində yeni multidisiplinar yanaşmalar təqdim edilib

14-06-2024, 09:00 | Baxılıb: 359
“Beynəlxalq konfransda nevroloji xəstəliklərin müayinə və müalicəsində yeni multidisiplinar yanaşmalar təqdim edilib

Beynəlxalq konfransda nevroloji xəstəliklərin müayinə və müalicəsində yeni multidisiplinar yanaşmalar təqdim edilib

Təranə Tağı-zadə: "Nevroloji xəstəliklər hazırda bütün dünyada sağlamlıq və əlilliyin əsas səbəbidir"

Bu günlərdə Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə Nevroloji Dərnəyi, Azərbaycan Daxili xəstəliklər Dərnəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə Bakı Beynəlxalq Nevrologiya Konfransı keçirilib.
İki sesiyadan ibarət konfransda geniş təcrübəyə malik yerli və beynəlxalq məruzəçilər iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə yaşadığımız əsrdə inkişafını və təsirini böyük sürətlə artıran nevrologiyanın təkcə elm sahəsində deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkdiyini deyib.
Bu mənada, Beynəlxalq Nevrologiya Konfransının ortaq çalışma və iş birliyi imkanlarını dəyərləndirmək baxımından mühümlüyünü vurğulayıb. Konfransın nevroloji xəstələrin müayinə və müalicəsi ilə məşğul olan bütün həkimlər üçün dərinləşdirilmiş nəzəri və geniş təcrübi biliklərin və bacarıqların öyrənilməsi və paylaşılmasına hesablandığını bildirib.
Alim çıxışında bir çox xəstəliklərin ana bətnindən - antenatal dövrdən başladığını qeyd edib. Hamiləlik toksikozu, oksigen çatışmazlığı və s. kimi səbəblərdən uşağın beynində qan dövranının pozula biləcəyini söyləyib: “Ona görə uşaq nevroloji xəstəliklərinə multidisiplinar yanaşma olmalıdır. Çünki uşaqlıqda başlayan xəstəliklər məhz böyük yaşlarda davam edərək əlilliyin artmasına gətirib çıxara bilər”.
Təranə Tağızadə “Lancet Neurology” elmi jurnalında dərc olunan araşdırmadan sitat gətirib: “Hələ 2021-ci ildə dünyada 3 milyarddan çox insan nevroloji xəstəliklərdən əziyyət çəkib. Nevroloji xəstəliklər hazırda bütün dünyada sağlamlıq və əlilliyin əsas səbəbidir. 1990-cı ildən bəri əlilliyin, xəstələnmənin və vaxtından əvvəl ölümün məcmu yükü həyat keyfiyyətinin dəyərləndirilməsi göstəricisi - DALY indeksi ilə 18% artıb”.
O, 2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına üzv dövlətlərin “Epilepsiya və digər nevroloji xəstəliklər üzrə 2022-2031-ci illər üçün Sektorlararası Qlobal Fəaliyyət Planını”nın təsdiq olunduğunu qeyd edərək, sənəddə nevroloji pozğunluqların qarşısının alınması və erkən diaqnostikasının, eləcə də müalicə və reabilitasiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ölkələrin fəaliyyəti üçün yol xəritəsinin təqdim edildiyini bildirib.
Təranə Tağızadə hazırda dünyada 23 milyondan çox insanın nevroloji xəstəliklərin əvvəlcədən mövcud olan amillərindən, xüsusən də COVID-19-un nevroloji fəsadlarından əziyyət çəkdiyini diqqətə çatdırıb.
Beynəlxalq konfransda nevroloji xəstəliklərin müayinə və müalicəsində yeni multidisiplinar yanaşmalar təqdim edilib
Beynəlxalq konfransda türkiyəli yüksək ixtisaslı, elmi dərəcəli həkim və mütəxəssislər “Uşaqlarda baş ağrılarının diaqnoz və müalicəsində yol xəritəsi”, “Epilepsiyanın diaqnozu və müalicəsinin yol xəritəsi”, “Kəskin işemik insultun diaqnozu və müalicəsinin yol xəritəsi” və digər mövzularda məruzələrini dinləyicilərə təqdim edərək, qeyd olunan xəstəliklərin diaqnoz və müalicəsində qarşıya çıxan problemlərin həlli yollarını izah ediblər.
Debatlar şəklində təşkil olunan sessiyalarda azərbaycanlı həkimlər “Nevrologiyanın əsas və nadir şərtləri. Autizm və komorbid nevroloji problemlər”, “Miqrenin müalicəsi”, “Klaster baş ağrıları” və başqa mövzularda təqdimatlarla çıxış ediblər.
Tədbirdə nevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni multidisiplinar yanaşmalar təqdim olunub. Eyni zamanda, nevrologiya sahəsindəki son yeniliklər müzakirə edilib, bu sahədə uğurlu mütəxəssislər təcrübələrini bölüşüblər.скачать dle 10.6фильмы бесплатно


359

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.