• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olub

6-08-2024, 16:30 | Baxılıb: 240
“Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olub

Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olub
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti görüşün mövzusu Qərbi Azərbaycana həsr olunub.
Görüşdə Qərbi Azərbaycan İcmasının Aparatının rəhbəri Qalib Qasımov, İcmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, tarix elmləri doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib. Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilib.
Tədbirdə “Qərbi Azərbaycana yaxından baxış” adlı sənədli film nümayiş olunub, Qərbi Azərbaycanın tarixi-memarlıq abidələrini, coğrafiyasını, təbii gözəlliklərini əks etdirən fotolar, Qərbi Azərbaycanın tarixi, dəyişdirilmiş toponimləri haqqında təqdimat göstərilib.
Qərbi Azərbaycan İcmasının Aparatının rəhbəri Qalib Qasımov icmanın fəaliyyəti, Qayıdış Konsepsiyası barədə çıxış edib.
Çıxışçılar tarixi Azərbaycan torpağında, indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasının və onların mədəni irsinin məhv edilməsinin ermənilərin dövlət siyasəti olduğunu bildiriblər. Qeyd olunub ki, 1988-ci ildəki sonuncu etnik təmizləmə nəticəsində azərbaycanlılar dədə-baba yurdlarından tamamilə çıxarılıblar.
Görüşdə xalqımızın Qərbi Azərbaycandakı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıdışının təmini və birgəyaşayışa nail olunması məqsədilə Qərbi Azərbaycan İcmasının yaradıldığı qeyd edilib. İştirakçılar ölkə başçısının 2022-ci ilin dekabr ayında İcmanın inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü məmnunluqla xatırlayaraq, Qərbi azərbaycanlıların ən qısa müddətdə öz tarixi torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Tədbirdə Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun rolundan bəhs olunub. Gənclərin bu işdə fəal olmasının vacibliyi vurğulanıb, tövsiyələr səsləndirilib.
Diaspor gəncləri onları maraqlandıran suallar ünvanlayıb, yaşadıqları ölkələrdə Qərbi Azərbaycan mövzusunda öz üzərlərinə düşənləri edəcəklərini söyləyiblər.
Sonda ən yaxşı sualların müəlliflərinə kiçik hədiyyələr təqdim olundu.
[center]Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olub
Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olubскачать dle 10.6фильмы бесплатно


240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.