• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər

Dünən, 19:00 | Baxılıb: 25
“Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər

Təhlillər göstərir ki, erkən yaşlarda sosial şəbəkədən nəzarətsiz istifadə gələcəkdə müxtəlif problemlərə səbəb ola bilər.
Diaspor info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkilatçılığı ilə keçirilən "İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə" qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, inkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.

Ə.İsmayılov vurğulayıb ki, ölkədə hazırlanan qanun layihələri bir neçə əsas aspekti əhatə edir:

"Bu qanun layihəsi uşaqlarımızı rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir. Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur. Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək".

O, həmçinin qeyd edib ki, qanun layihəsinin hazırlanması və tətbiqi zamanı dövlət orqanları bu məsələyə ciddi diqqət yetirməlidirlər.

Agentlik rəhbəri əlavə edib ki, bu qanun layihəsi internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında və intellektual inkişafında dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşımasını təmin edən bir mexanizm kimi qiymətləndirilir:

"Bu, vətəndaşları rəqəmsal təhlükələrdən, hibrid informasiya təsirlərindən və müxtəlif risklərdən qorumağa yönəlmiş mühüm bir yanaşmadır".скачать dle 10.6фильмы бесплатно


25

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanın 8 şahmatçısı Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb
Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib
Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər
Emin Əmrullayev: Süni intellektdən yanlış istifadə uşaqların kütləşməsinə gətirib çıxarır
Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın 8 şahmatçısı Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək

Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb

Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib

Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər

Emin Əmrullayev: Süni intellektdən yanlış istifadə uşaqların kütləşməsinə gətirib çıxarır

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.