• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Belqradda azərbaycanlılarla görüş: yeni hədəflər və təşəbbüslər müəyyənləşdirildi

Bu gün, 13:00 | Baxılıb: 43
“Belqradda azərbaycanlılarla görüş: yeni hədəflər və təşəbbüslər müəyyənləşdirildi

Belqradda azərbaycanlılarla görüş: yeni hədəflər və təşəbbüslər müəyyənləşdirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla münasibətlərin intensivliyi, onların Azərbaycanla əlaqələrinin möhkəmliyi məqsədilə mütəmadi görüşlər təşkil edir. Bu çərçivədə Serbiya Respublikasının paytaxtı Belqradda Azərbaycan icması ilə görüş keçirilib, soydaşlarımızın problemləri, təklif və təşəbbüsləri dinlənilib, diaspor fəaliyyətinin daha səmərəli təşkili məqsədilə müzakirə aparılıb.
Azərbaycan və türk icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın və Serbiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva komitənin dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin gücləndirilməsi və diaspor şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihə və proqramlar barədə geniş məlumat verib. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz fəaliyyətləri ilə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, mədəni irsimizin təbliğində və dövlət maraqlarının müdafiəsində mühüm rol oynayır. Qeyd olunub ki, Serbiyadakı Azərbaycan icmasının formalaşdırdığı sağlam ictimai mühit qarşılıqlı etimada, dostluq münasibətlərinə və ortaq milli maraqlara əsaslanır, soydaşlarımızın birgə fəaliyyəti diasporun nüfuzunun ildən-ilə artmasına təkan verir.
Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən "Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin rəhbəri Günel Babanlı azərbaycanlıların bu ölkədə birlik və həmrəylik içində yaşadığından bəhs edib, həmçinin mərkəzdə Azərbaycan dilinin tədrisi ilə yanaşı, ölkəmizin zəngin mədəniyyətinin, milli adət-ənənələrinin sistemli şəkildə öyrədildiyini söyləyib.
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Gülnarə Məmmədova və Orxan Əliyev icma görüşündə iştirak edib.
Görüş konstruktiv müzakirələrlə davam edib. Soydaşlarımız Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələrini, əldə olunan nailiyyətləri diqqət mərkəzinə gətirib, göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Diaspor fəalı, mərhum Zərifə Əlizadənin təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı onun qızına təqdim edilib. Zərifə Əlizadə Serbiyada fəaliyyət göstərmiş tanınmış azərbaycanlı professor, musiqiçi və diaspor xadimidir. Soydaşımız uzun illər Azərbaycan mədəniyyətinin Serbiyada və Balkan regionunda təbliğ olunmasında böyük rol oynayıb.
İcma görüşündə, həmçinin Şərqi Avropada yaşayan Azərbaycanlıların Serbiya üzrə Koordinasiya Şurasına yeni koordinator seçilib.
Serbiyada Azərbaycan icması ilə görüş bədii hissə ilə davam edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları təkcə 2025-ci ildə 30 ölkəyə 100-ə yaxın səfər həyata keçirib, minlərlə azərbaycanlının və xaricinin iştirakı ilə görüşlər keçiriblər. Baş tutan görüş və məhsuldar müzakirələr dünya azərbaycanlılarının azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsinə, milli həmrəyliyin güclənməsinə və diaspor fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə təkan verir.

скачать dle 10.6фильмы бесплатно

43

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Belqradda azərbaycanlılarla görüş: yeni hədəflər və təşəbbüslər müəyyənləşdirildi

Vilayət Eyvazov növbəti sıra baxışı keçirib - VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.