• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda alternativ enerji ixtisası tədris oluna bilər

Dünən, 17:00 | Baxılıb: 20
“Azərbaycanda alternativ enerji ixtisası tədris oluna bilər

Azərbaycanda 2027-ci ildən etibarən 1 illik texniki peşə kimi alternativ enerji ixtisası tədris oluna bilər.

Diaspor info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Peşə Təhsili Mərkəzinin direktoru Kənan Bağırov "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, son dövrlər alternativ enerji sahəsinə diqqət həm təhsil müstəvisində artıb, həm də praktik olaraq sənaye məsələləri baxımından maraq genişlənib: "Bu kontekstdə mütəxəssislərin tədrisə cəlb olunması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Almaniya şirkəti ilə dual tədris üzrə əməkdaşlıq edirik. Azərbaycanda dual təhsil proqramı həyata keçirən 3 mərkəzdən biriyik. Daha əvvəl bu proqram informasiya texnologiyaların əhatə etsə də, 2025-ci ildə növbəti mərhələ üzrə proqram hazırlanan zaman bura "ağıllı kənd təsərrüfatı" və alternativ enerjinin də daxil edilməsin təklif etdik. Onlar bunu dəstəkləyib və hazırda bu istiqamətdə işlər gedir. Almaniya şirkəti tərəfindən artıq Peşə Təhsil Agentliyinə alternativ enerji üzrə dual təhsil proqramının hazırlanması üzrə təkliflər verilib. Təsdiq olunacağı təqdirdə bununla artıq 2027-ci ildən etibarən tələbə qəbulunda 1 illik texniki peşə kimi alternativ enerji ixtisasının əlavə olunması üçün yeni imkanlar yaranacaq".

K.Bağırov deyib ki, yüksək texniki peşə uzunmüddətlidir, texniki peşə isə qısa zamanda sektoru ixtisaslı kadrlarla təmin etməyə imkan verəcək: "Xüsusilə dual təhsilin olması yəni təhsil və istehsal müəssisələrinin əməkdaşlığı ilə praktiki səriştələri qısa zaman kəsiyində formalaşdırılmağa imkan verəcək. Ona görə ümid edirəm ki, gələn ildən artıq bu təhsil proqramını tədris prosesinə daxil edə biləcəyik".скачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Azərbaycanda alternativ enerji ixtisası tədris oluna bilər
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Azərbaycanda alternativ enerji ixtisası tədris oluna bilər

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq

“Biletim.az” portalına daha bir funksiya əlavə olunub

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan yerli və əcnəbi oyunçuların sayı açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.