• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada

Bu gün, 16:00 | Baxılıb: 4
“Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Ontario əyalətinin Vaughan şəhərində “Turkuaz Türk Multikultural Festivalı” keçirilib.
Kanada Multikulturalizm Gününə həsr olunan festivalda türk dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə ziyarətçiyə rəngarəng proqram təqdim edilib. Tədbirdə türk xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stenddə milli mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar, keramika üzrə ustad dərsləri, ebru sənəti, türk qəhvəsinin hazırlanması, təqdimatı və uşaqlar üçün əyləncə proqramları böyük maraqla qarşılanıb. Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Krım tatarları, uyğur, tatar, başqırd və digər icmaları təmsil edən 25-dən artıq peşəkar musiqi və rəqs kollektivi türk dünyasının zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.
Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında geniş məlumat verilib.
Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini nümayiş etdirib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və yaddaqalan anlar yaşadıb. Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans tamaşaçıları valeh edib.
Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun gücləndirilməsinin, ortaq irsin qorunması və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın önəmini vurğulayıblar.
Festivalın sonunda bütün ifaçılar mükafatlandırılıb, tədbirin uğurla keçirilməsində əməyi olan könüllülərə, sponsorlara, tərəfdaşlara və təşkilat komandasının üzvlərinə xüsusi təşəkkür ifadə olunub.
İcma üzvləri festivalın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

скачать dle 10.6фильмы бесплатно

4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada
ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub
Bir sıra qanunlarda dəyişikliklər təklif edilir
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Ekspert: “Azərbaycan banklarının Ermənistan bazarına da daxil olması mümkündür”

Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.