• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib

Bu gün, 17:00 | Baxılıb: 4
“Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksəksəviyyəli dialoqunda iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya bildirilib ki, tədbirə onlayn formatda qatılan Sahibə Qafarova çıxışında rəqəmsal idarəetmə mövzusunun getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O, müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementidir.

Milli Məclisin sədri qeyd edib ki, rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. O qeyd edib ki, rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Parlamentin sədri, eyni zamanda vurğulayıb ki, rəqəmsal idarəetmə inklüzivlik, əlçatanlıq, hesabatlılıq, kibertəhlükəsizlik və insan hüquqlarının, o cümlədən şəxsi həyatın toxunulmazlığı hüququnun qorunması prinsiplərinə əsaslanmalıdır. Sahibə Qafarovanın sözlərinə görə, rəqəmsal uçurumun aradan qaldırılması bütün parlamentlərin və vətəndaşların rəqəmsal transformasiya prosesindən bərabər şəkildə faydalanmasını təmin etmək baxımından ortaq məsuliyyətdir. Rəqəmsal texnologiyalar demokratik idarəetməni dəstəkləyən mühüm vasitə kimi çıxış etməli, dövlət institutlarına ictimai etimadı möhkəmləndirməli, açıq, şəffaf və vətəndaşların ehtiyaclarına həssas parlament dialoqunun inkişafına xidmət etməlidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və potensialın artırılması istiqamətində birgə səylər rəqəmsal idarəetmənin dayanıqlı inkişafa, demokratik dayanıqlığın möhkəmləndirilməsinə və səmərəli parlament institutlarının formalaşmasına töhfə verəcək.

Milli Məclisin sədri çıxışında Azərbaycanın rəqəmsal idarəetmənin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Məlumat verilib ki, Azərbaycan Milli Məclisi rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda, hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Sahibə Qafarova, həmçinin parlamentin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi haqqında da məlumat verib.

Milli Məclisin sədri sonda qeyd edib ki, rəqəmsal transformasiya özlüyündə məqsəd deyil, daha keyfiyyətli idarəetməyə nail olmaq üçün bir vasitədir.скачать dle 10.6фильмы бесплатно


4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada
ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub
Bir sıra qanunlarda dəyişikliklər təklif edilir
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib

Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Ekspert: “Azərbaycan banklarının Ermənistan bazarına da daxil olması mümkündür”

Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.