Diaspor.info Prezident.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrub əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib.
Fəxri ad alanlar arasında Naxçıvan MR-nın Və Kəngərli rayonunun yetirməsi və fəxri Məhəmməd Ələkbər oğlu Əliyev də var.
Məhəmməd Əliyev Əməkdar müəllim adına layiq görülüb.
Məhəmməd müəllim Azərbaycan təhsilində sayılıb-seçilən peşəkar pedaqoqlardandır.
Azərbaycan dövləti və dövlətçiliyi yolunda müstəsna xidmətləri olan bir ziyalıdır.
Diaspor.info saytı olaraq fəxrimiz olan Məhəmməd Əliyevi ürəkdən təbrik edirik.
Diaspor.info
Bakı