Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. Tədbirə gələn Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Nazir polis andı qəbul edəcək kursantları, məktəbin pedaqoji kollektivini bu münasibətlə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyasını uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün dövlət orqanları ilə yanaşı daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 5 mart 2018-ci il tarixli Fərmanı ilə Orta İxtisas Polis Məktəbinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Daxili İşlər Orqanları həqiqi mənada böyük xidmət potensialına malikdir. Və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi‚ cənab nazir General-leytenant Fazil Ələkbərov işinin peşəkarı‚ vicdanlı‚ dürüst və Dövlətçiliyə sonsuz sədaqəti olan şəxsdir. Cənab Fazil Ələkbərovun bu orqana rəhbərliyi dövründə Naxçıvan polis orqanları daha da inkişaf və yüksəliş mərhələsinə qədəm qoyaraq Dövlətçiliyimiz yolunda mühüm və müsbət qiymətləndiriləcək əməli işlər həyata keçirtmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun Dövlətçiliyə xidmət yolunda həyata keçirtdiyi uğurlu işlərdə Naxçıvan polisi və onun rəhbərliyi‚ hörmətli Fazil Ələkbərov var qüvvəsilə çalışmaqdadır. Hörmətli Vasif müəllim Talıbovun və Naxçıvan Daxili İşlər Naziri Fazil müəllim Ələkbərovun təşəbbüskarlığı ilə Naxçıvanda yaradılan Polis Akademiyası çox sayda gəncin dövlətçiliyə xidmət ruhunda yetişməsinə şərait yaradacaq. Eyni zamanda bu akademiyanın açılması çox sayda gəncin öz yerini tutmasına səbəb olacaq. Bu Akademiyanın açılması da Naxçıvan polisinin uğurudur. Bu il Naxçıvan Polis Akademiyasının məzunlarından biri də bacım nəvəsidir. Polis adını daşıyacaq kursantlara uğurlar arzu edirik. İnşaAllah dövlətimiz və xalqımız üçün layiqli xidmət sahibləri olsunlar.