Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Diaspor info-nun məlumatına görə, baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı mübarizə aparacaq.
Bunlardan 5-i yeniyetmə, 6-sı gənclər, 6-sı böyüklər və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda 14 sentyabrda yola düşüb, 19 sentyabrda Bakıya dönəcək.
Yeniyetmələr: Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq), Orxan Məcidli (+98 kq);
Gənclər: Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq);
Böyüklər: Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq);
Döyüş sambosu: Ramil Vəliyev (79 kq), Nəbi Məmmədov (98 kq).
Qeyd edək ki, sambo üzrə Avropa çempionatı 15 - 18 sentyabrda baş tutacaq.