• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Küveytin KUNA agentliyi Yanardağ haqqında fotoreportaj hazırlayıb

5-03-2023, 12:00 | Baxılıb: 330
“Küveytin KUNA agentliyi Yanardağ haqqında fotoreportaj hazırlayıb

Küveytin rəsmi KUNA agentliyinin saytında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında fotoreportaj yerləşdirilib.

Diaspor.info xəbər verir ki, agentliyin müxbiri Məryəm Əl-Zankinin müəllifi olduğu “Yanardağ – Azərbaycanın min illərdir sönməyən məşəli” sərlövhəli materialda bu əsrarəngiz və sirli məkanın hələ 800 il əvvəl məşhur səyahətçi Marko Polonun diqqətini cəlb etdiyi, məhz Yanardağ sayəsində Azərbaycanın “Odlar yurdu” kimi tanındığı qeyd olunub.

Bu ərazidə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, bu mistik məkan Bakıya gələn əcnəbi turistləri cəlb edir. O əlavə edib ki, qədim məxəzlər və kitablarda eramızdan əvvəlki dövrdə bir çox tayfa və qəbilələrin məskunlaşdığı bu yerlərdə zərdüştlüyün çiçəklənməsinin müşahidə olunduğu göstərilib. Bu amil atəşpərəstləri Yanardağda məbəd tikməyə sövq edib. Atəş bu gün də Azərbaycan xalqının mübarizə, azadlıq uğrunda mübarizə aparan şəhidlərin xatirəsini əbədiləşdirən bir rəmzidir. Qədim insanlar yağışa, küləyə, hətta qara rəğmən sönməyən bu atəşə səcdə edirdilər və alovun sehrli gücünə inanırdılar. Qayaların arasındakı alovların təbii qaz mənşəli olduğu bilinsə də, onun təzyiqinin sirrini açmaq üçün elmi tədqiqatlara ehtiyac duyulur.

Sonda Azərbaycana səyahət edən küveytli turistlərə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmək tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно


330

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.