Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "AzstateNet" dövlət şəbəkəsində 391 milyon 630 min zərərli keçidi yeni nəsil mühafizə avadanlıqları vasitəsilə bloklayıb.
Diaspor info-bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, 2 milyon 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb, 49 min 370 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.
113