• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“CNNArabic” Abşeron Milli Parkındakı “Şah dili” burnu haqqında reportaj yayımlayıb

28-11-2023, 12:00 | Baxılıb: 297
““CNNArabic” Abşeron Milli Parkındakı “Şah dili” burnu haqqında reportaj yayımlayıb

Dubaydan yayımlanan “CNNArabic” telekanalı Abşeron Milli Parkındakı “Şah dili” burnu haqqında reportaj yayımlayıb.
Diaspor info xəbər verir ki, amerikalı səyahətçi və fotoqraf Brendon Smitin Azərbaycanın ecazkar təbiəti, xalqımızın adət-ənənələri barədə təqdim etdiyi reportajlar silsiləsindən olan yeni videoçarx Xəzər dənizinin mavi dalğalarında “Şah dili” burnunun əzəmətli çəhrayı mənzərəsini nümayiş etdirib.

B.Smit “CNNArabic”ə verdiyi müsahibədə mistik məkanda gördüyü "əbədi gözəlliyə" təəccübləndiyini söyləyib. Amerikalı fotoqraf “Şah dili” burnunun füsunkar gözəlliyini dron vasitəsilə müşahidə etdiyini deyib və əlavə edib: “Video vasitəsilə Abşeronun gözəlliyinin əbədi hekayəsini dinlədim, onun insanı səssizcə düşünməyə sövq etdiyini hiss etdim ”.

B.Smit əlavə edib ki, video vasitəsilə o, sakit səma altında “quru və dəniz arasında əbədi qucaqlaşma”nı göstərib. Ona “Yer kürəsinin sonu” kimi görünən “Şah dili” burnunun üzərində dayanan fotoqraf bildirib: “Məni sürrealist sakitlik, bəşəriyyətlə təbiətin incə birgəyaşayışını kəskin xatırlatma hissləri bürüdü”.

Reportajda deyilir: “Fotoqraf hesab edir ki, Azərbaycan təbiəti müxtəlif mənzərələrin əks olunduğu rəsm əsəridir. O hesab edir ki, Qobustanın qayalıq yerləri, yeni ilə köhnəni birləşdirən Bakı şəhəri və Şəki kimi şəhərlərin cazibədar füsunkarlığı insan üçün vacib olan yerlərdir və hər kəs onları ziyarət edə bilər”.

Sonda diqqətə çatdırılıb ki, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun “Şah dili” adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü mövcuddur.скачать dle 10.6фильмы бесплатно


297

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.