• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“TRT” radiosunda “Azərbaycan ruzigarı” əsəcək

30-12-2023, 09:30 | Baxılıb: 316
““TRT” radiosunda “Azərbaycan ruzigarı” əsəcək

Yanvarın 7-dən etibarən Türkiyənin “TRT TÜRKÜ” radiosunda “Azərbaycan ruzigarı” proqramı yayımlanacaq. Proqramda Azərbaycanın xalq mahnıları və milli muğamlarımız səsləndiriləcək.
Bu barədə Diaspor.info-ya layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib.

O deyib: “Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə, muğamlarımız, xalq mahnılarımız Türkiyədə hədindən artıq çox sevilir və sənətçilərinin ifalarında tez-tez səslənir. Qardaş Türkiyədə ölkəmi təmsil etməkdən qürur hissi keçirirəm. Türkiyənin dünyadakı nüfuzu, coğrafi yerləşməsi, həm də bir çox başqa səbəblərdən “Azərbaycan ruzigarı”nın sədalarının ölkə xaricinə çıxacağına çox inanıram. Proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışacağıq. Təbii ki, "Azərbaycan ruzigarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şerlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumatlar veriləcək, tarixi günlərimiz yad ediləcəkdir. Odur ki, hər kəsi qarşıdan gələn ilin yanvar ayından etibarən “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Vətənimin hər bir fərdini qarşıdan gələn Həmrəylik Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, azərbaycanlı olduğum üçün fəxr edirəm”.

Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, proqram 2024-cü il yanvarın 7-dən etibarən həftənin hər bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da yayımlanacaq.

Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu "Azərbaycan ruzigarı" verilişi 2018-2023 illər ərzində Türkiyə telekanallarından birində Azərbaycan ədəbiyyatını, mədəniyyətini və coğrafiyasını təbliğ edib. “TRT TÜRKÜ” radiosunda yayımlanacaq proqram “Azərbaycan ruzigarı” layihəsinin yeni formatıdır.скачать dle 10.6фильмы бесплатно


316

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.