Mədəniyyətimizin beşiyi özümüzə qayıtdı - MÜSAHİBƏ
Arif Mirzəyev: “Bizə bundan sonra dünyada hörmət qat-qat artacaq”
Qarabağda gedən Böyük Vətən Müharibəsində xalqımızın böyük qələbəsi, 44 gündə erməniləri kapitulyasiyaya məcbur etməsi, dünya hərb tarixində inanılmaz və misli görünməmiş tarixi hadisə oldu. Azərbaycanın rəşadətli ordusu erməni gavurlarının öz orduları haqqında miflərini məhv etdi. Biz, bir daha sübut etdik ki, Azərbaycan ordusu MDB məkanında olan ölkələr içərisində həqiqətən də Rusiyadan sonra ikinci ordudur. Bu, əlbəttə ki, ölkə başçımızın ordu quruculuğuna uzun illər çox böyük diqqət yetirməsi, Türk zabitlərinin ordumuzun əsəgərləri ilə dünya standartlarına uyğun təlim-məşqlər keçməsi, Azərbaycan ordusunu belə məğlubedilməz etdi. Məhz buna görə də hər bir azərbaycanlı öz ordusu ilə böyük fərəh və fəxarət duyur.
Bugünkü müsahibim, tibb üzrə fəlsəfə doktoru, həkim-travmatoloq Arif Mirzəyev də bununla bağlı öz sevincini belə ifadə elədi.
İlk öncə Arif Mirzəyevlə çoxminli oxucularımızı daha yaxından tanış edirəm.
Qısa arayış: Arif Fərman oğlu Mirzəyev 1965-ci ilin avqust ayının 13-də Masallı rayonunun Zuvandı kəndində anadan olub. Üç il həmin kəndin 8 illik mətəbində oxuyub və sonra isə təhsilini Güllütəpə məktəbində davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirən Arifin arzusu həkim olmaq idi. Çünki böyük qardaşı, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı, uzun illər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinin müdiri işləyən Cəbrayıl Əlinağıyev uşaq yaşlarından Arifdə həkim olmaq arzusunu yaratmışdı. Ona görə də 1984-cü ildə Arif Mirzəyev sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunua verib və pediatriya fakültəsinə daxil olub. Amma ali məktəbə qəbul olunandan sonra ordu sıralarına çağrılıb və iki il Sovet ordusu sıralarında xidmət eləyib. Xidməti başa vurandan sonra yenidən təhsilini davam etdirib və 1993-cü ildə ali təhsilli həkim ixtisasına yiyələnib. 1992-93-cü illərdə Azərbaycan Elmi Tədqiqat Travmatalogiya İnstitutunda travmatoloq-ortaped ixsisasını alıb və 1993-cü ilin sentyabr ayından bu günə kimi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsində travmatoloq-ortaped ixtisası üzrə işləyir. 2003-cü ildə elmi işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru olub. Hal-hazırda tibb üzrə elmlər doktoru elmi işi üzərndə işini davam etdirir. Elmi işinin adı belədir: “ Respublikda yol-nəqliyyat travmatizminin ümumi xüsusiyyəti, xarakteristikası”. O, belə maraqlı və lazımlı elmi işini müdafiə etməyə hazırlaşır. Çox maraqlı elmi iş olan bu doktorluq işi inanırıq ki, təkcə respublikada yox, dünyada da yaxşı qarşılanacaq.
-Doktor, yol-nəqliyyat hadisələri müharibə qədər insanları məhv edir. Bu problem də uzun illərdir ki, həll olunmadan qalır. Siz, bir mütəxəssis kimi deyə bilərsinizmi bu problemin qarşısını necə almaq olar?
-İlk öncə yüksək sürətli maşın texnikasının olması, ilk problemdir. İkinci, yol-nəqliyyat infrastrukturunun çox olması, bəzi yerlərdə yolların yaxşı və bəzi yerlərdə yolların bərbad olmasıdır. Üçüncü də əhalimizin çoxunun yol hərəkətlərinə saymazyana, etinasız yanaşmasıdır. Yəni insanların bu problemə diqqətsiz yanaşmasıdır. İnsanlarımız keçidlərə lazım olan kimi əməl etmədiklərindən çox vaxt belə dəhşətli hadisələr baş verir. İnsanlarımız qırmızı xətlə keçidi çox vaxt səhv salırlar. Mən şəxsən özüm dəfələrlə piyada keçidi keçən adamı saxlayıb, başa salmışam ki, bu yol maşınla mənim keçidimdi, amma sən yol hərəkətinə əməl eləmirsən. Doğrudur. Son vaxtlar bununla bağlı çox ciddi təbliğat-təşviqat aparılır və nəticə də var. Amma bütövlükdə bu iş problem olaraq qalır. Əvvəllər il ərzində ölüm halları 1500-2000 nəfər olurdusa, indi 800-900 nəfərə düşüb. Amma yenə də bizim respublika üçün bu rəqəm çox yüksəkdir. Yuxarıda dediyim kimi təbliğat nə qədər çox aparılsa da bizim respublika üçün bu rəqəm həqiqətən çox yüksəkdir. Təsəvvür edin ki, bu gün ürək-damar xəstəliklərində ölüm riski respublikamızda birinci yerdədir. Onkoloji xəstəliklər ikinci yerdədir. Yol-nəqliyyat sahəsindəki ölüm riski üçüncü yerdədir. Hələ çoxlu adamlar da bu sahədə şikəst qalırlar. Dünyada isə yol-nəqliyyat hadisələrindən 3-5 dəqiqədə bir insan ölür. Beləliklə, dünyada hər il 1,5-2 milyon adam yol-nəqliyyat hadisələrndən tələf olur. Bu, müharibələrin törətdiyi ölüm riskindən daha çoxdur. Bu, elə bil ki, insanlara Ulu Tanrı tərəfindən göndərilən böyük bir bədbəxtilik və bəladır. Çünki onkoloji, ürək, spid xəstəlikləri başa düşüləndir. Çünki insaanlar bu xəstəliyə tutulur və sonra müalicəsi başlayır. Və həmin xəstələri müalicə etməyə çalışırlar. Amma yol-nəqliyyat hadisəsi bir anın içində baş verir və həmin adamları da çox vaxt sağaltmaq, yaşatmaq mümkün olmur.
- Siz Sumqayıtda travmatoloq-ortaped kimi ən yaxşı mütəxəssis sayılırsınız. Mən hər dəfə bura gələndə sizin qəbulunuzda həm böyüklər və həm də uşaqların böyük növbəsini görürəm. Siz bu uğuru necə əldə edibsiniz? Uşaqlarda travma riski niyə belə yüksəkdir?
- Bunun ilk səbəbkarı valideyinlərdir. Valideyinin səhlənkarlığı ucbatından bu hadisələr baş verir. Bu problem də hələ ki, öz həllini tapmayıb. Ən dəhşətlisi burur ki, hər il respublikada 100-150 uşaq bu səbəbdən tələf olur. Ona görə də mən sizin sayt vasitəsi ilə bütün valideyinlərə ciddi tapşırıram ki, uşaqları nəzarətdən kənarda qoymasınlar. Sonrakı peşimançılıq fayda verməz. Ataların belə bir məsəli var: “Uşağım əzizdirsə, tərbiyəsi ondan da əzizdir”. Ona görə də uşaqları müəyyən yaş həddinə qədər hökmən qorumaq lazımdır. Yol-hərəkət qaydalarını onlara çox ciddi başa salmaq lazımdır. Özü də indiki maşın texnikasının belə çox olduğu bir vaxtda bu, daha vacibdir və təxirəsalınmaz problemdir.
- Doktor, biz bu müsahibəni bütün azərbaycanlılar üçün ən əlamətdar bir gündə, dekabr ayının 8-də götürürük. Yəni bir ay bundan qabaq məmləkətimizin tacı olan Şuşanın erməni gavurlarından azad olunan günüdür. Siz bir ziyalı, alim, həkim kimi bu hissləri necə yaşayırsınız?
- Açığı bunu sözlə ifadə etmək mümkün deyil. Çünki biz noyabrın əvvəllərində bilirdik ki, bir neçə gündür ki, Şuşa uğrunda şiddətli döyüşlər gedirdi. Ona görə heç birimizin səbri qalmamışdı. Bu qələbəni noyabr ayının 8-də eşitmək isə, inanın yaxşı mənada bir partlayış oldu. Mənə elə gəlir ki, bu sevincdən hamı ağlayırdı. Məgər bundan da böyük qələbə olarmı? Bu qələbə artıq müharibənin də taleyini həll elədi. Artıq erməni gavurları Xankəndini də qoyub, hara gəldi qaçırdılar. Çünki onlar dəqiq bilirdilər ki, bir neçə saatdan sonra Azərbaycan ordusu Xankəndinə girib, oranı “şumlayacaq”. Ona görə də rusların ayağına düşüb, yalvarırdılar ki, heç olmasa Azərbaycan ordusunun Xankəndinə girməsinin qarşısını alsınlar. Şuşa bizim mədəniyyətimiz, tariximizdir. Şuşa yox idi, deməli bizim heç nəyimiz yox idi. İndi Şuşa var, deməli, artıq hər şeyimiz var. Şuşanı geri almağımız bizim millətin mənəviyyatını geri qaytardı. Bu, bir daha millətimizin nəyə qadir olduğunu göstərdi. Tarixlər boyu belə bir kəlam var: “Türkü oyatmaq çətindir, oyanan türkün qarşısını almaq isə mümkün deyil”. Ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin son 2-3 ildə apardığı siyasət doğrudan da çox böyük təqdirəlayiq işlər oldu. Biz bunun nəticəsini 44 günlük müharibədə çox aydın gördük. Bizi sevməyən rus siyasətçiləri də bizim prezidentimiz ilə hesablaşırlar. Çünki İlham Əliyev, ulu öndər Heydər Əliyevin siyasi məktəbini keçmiş bir insandır. Nikol Paşinyan isə “küçədən gəlib” baş nazir olub. Bu, bəlkə də elə Allahın bir lütfüdür ki, belə başdanxarabı ermənilər özlərinə baş nazir seçiblər və o da onlara böyük bir bəla olub. Bu müharibədə xalqımızın ən böyük qələbəsi milli birlik oldu. Elə müharibənin ilk günündən hamı orduya getmək istədi. Hətta mən özüm də bir həkim kimi müharibəyə getmək istəyirdim. Amma dedilər ki, hələ lazım deyilsiniz. Müharibə demək olar ki, Laçın erməni gavurlarından təmizlənəndən sonra artıq bitib. Bu müharibənin qalibi, ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyev, Rəşadətli Azərbaycan ordusu və əzəmətli xalqımızdır. Bir də bizə köməklik eləyən qardaş Türkiyə respublikası, Pakistan respublikası, Əfqanıstan respublikası, İsrail respublikası və başqa bizi sevən xaqlardır. Bizə bundan sonra dünyada hörmət qat-qat artacaq.
Sağlıq olsun dekabrın 10-da qələbə paradını keçirəndən sonra Xankəndinin, Xocalının, Ağdərənin, Xocavəndin, Əsgəranın da məsələsi həll olunacaq. Torpaqlarımızın 90 faizi bizdədir. 10 faizini də diplomatik yolla həll edəcəyik və orada üçrəngi bayrağımızı sancacağıq. Heç bir silahdan istifadə etmədən. Necə ki, Ağdamı, Kəlbəcəri, Laçını aldıq, yuxarıdakı rayonlar da elə həmin yolla alınacaq. Təki səbirli olaq. Allahın da ilk adı Səbrdir. Xalqımızın isə tarixlər böyü süzgəcindək keçən bir atalar sözü var: “Güc bir olsa dağ oynadar yerindən”. Beləliklə, xalqımız gücünü bir yerə qoydu və nəyə qadir olduğunu sübut elədi.
P.S. Bəli, Arif həkim. Millətimiz özünün birliyi ilə həmin əzəmətli dağı yerindən oynadıb, ermənilərin başına elə endirdilər ki, onlar daha heç vaxt həmin dağın altından çıxa bilməyəcəklər. Artıq müharibə başa çatdı. Noyabr ayının axırında və dekabrın əvvəlində Ağdam, Kəlbəcər, Laçın da ermənilərdən tam təmizləndi. Qalan 25 faiz torpaqlarımızın da məsələsi tam həll olunacaq. Çünki ermənilər də, ruslar da Azərbaycan ordusunun rəşadətini gördü... İnanmırıq ki, kimsə, nəsə artıq hərəkət eləsin... Cənab prezidentimiz İlham Əliyevin Azərbaycanın Qələbə günü kimi məhz noyabr ayının 8-də olacağı sərəncamını verməsi də xalqımızın ürəyincə oldu. Beləliklə, bu gün tariximizə zəfər günü kimi düşdü.
Bütün bu məsələlər həll olunandan sonra xalqımızın 32 illik Qarabağ müharibəsi dövründə millətimizin başına gətirilən faciələrdə əli olan erməni gavurlarını yəqin ki, Azərbaycan hökuməti Haqa məhkəməsinə verəcək. Qoy bu məhəkəməyə elə bu gündən - Zorri Balayan, Robert Koçaryan, Serj Sarkisyan, Nikol Paşinyan, Airik Arturyan və onlarca başqaları hazırlaşsınlar . Xocalı, Malıbəyli, Ağdaban, Gənca soyqırımlarının törədilməsinə məhz onlar başçılıq ediblər. Bununla da onlar, azərbaycanlıları vəhşicəsinə qətlə yetiriblər. Həmin haqq məhkəməsi günləri heç də uzaqda deyil...
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi