VƏTƏN MÜHARİBƏSİNİN ZAQATALALI QƏHRƏMANI.
Məlum olduğu kimi 27 sentyabr tarixində erməni faşistləri yenidən Azərbaycana ərazi iddiaları etməklə hücuma keçdi.
Bəli, məhz bu gün ikinci Qarabağ savaşı, "Vətən Müharibəsi" başlandı.
Bu dəfə Azərbaycan əks hücumlarla erməni əsgərinə layiqli cavab verməyə başladı.
Respublikada qismən səfərbərlik elan olundu. Zaqatala rayon Qandax kənd sakini Asiman Məmmədov da,
27 sentyabr vətənin müdafiəsinə çağrıldı. Diaspor.info-nun Şimal-qərb bürosu döyüşçü qəhrəmanın evində olub
və ondan video-müsahibə alıb.
Asiman Cəbrayıl, Zəngilan, Xocavənd istiqamətində gedən aktiv döyüşlərdə iştirak edib.
Onun sözlərinə görə Azərbaycan əsgəri sözün əsil mənasında qəhrəmandır, məğlubedilməzdir.
O deyir ki, qismətimdə sağ qalmaq varıymış və mən də sağ qaldım.
Asiman Məmmədov hərbi hissə komandiri tərəfindən döyüşlərdəki aktivliyinə görə diplomla da, təltif olunub.
Hal-hazırda Asiman öz ailəsinin yanındadır.
Düzdür Vətən qarşısında xidmətlərini kişi kimi ödəyən qəhrəman döyüşçü işsizlikdən əziyyət çəkir.
Ümid edirik ki, qəhrəman döyüşçümüz qıssa müddətdən sonra işlə də, təmin olunacaqdır.
saytımızın əməkdaşlarına verilən video-müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik.
DİASPOR.İNFO
ZAQATALA