BALAKƏNDƏ KƏND TƏSƏRRÜFATI ƏKİNÇİLİKLƏ MƏŞĞUL OLANLARA DÖVLƏT QAYĞISI YÜKSƏK SƏVİYYƏDƏDİR.
Diaspor.info saytının Şimal-qərb bölgəsinin verdiyi məlumata görə Balakəndə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara diqqət və qayğı Dövlət səviyyəsindədir.
Sahənin əvvəlki vəziyyəti.
Sahənin bu günkü vəziyyəti
.
Müxbirimiz bir neçə ay əvvəl sahibkar Füzuli Varansovla görüşüb əkin zamanı görülən işlərlə bağlı məqalə də, hazırlamışdır. Bu günlərdə bölgə müxbirimiz yenidən sahibkar Füzuli müəllimin sahələrində olub. Sahədə olan zaman kənd təsərrüfatına Dövlət qayğısı məhsulun yaxşı inkişaf etməsindən bir daha hiss olundu.
Füzuli müəllimin zəhməti isə öz bəhrəsini bu yaxınlarda verəcək.
Ötən məqaləmizdən sonra başqa sahibkarların fəaliyyətindən də, yazmışdıq. Füzuli müəllim rayonda öz çəkisi və xüsusi hörmətə malik olan bir sahibkardır.
Onunla ötən məqaləmizdə etdiyimiz söhbət zamanı, Füzuli müəllim Balakəndə sahibkarlıq fəaliyyəti üçün bütün şəraitin olduğunu və buna Dövlət səviyyəsində diqqət ayrıldığını bildirmişdir: “Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bütün sahələrə, o cümlədən kənd təsərrüfatı sahəsinə də xüsusi diqqət ayırır. Biz də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün şəraitin olduğunu hiss etdiyimiz üçün bütün gücümüzlə çalışırıq.
Çalışırıq ki, rayonda məhsuldarlıq daha yüksək olsun.
Inşaallah hazırda əkdiyimiz qarğıdalı bol məhsul verər.”
Bəli, Füzuli müəllimin dediyi kimi artıq qarğıdalı yüksək məhsul verməyə hazırlaşır. Sahələrə diqqət yetirərkən hiss olunur ki, sözügedən sahibkar bütün aqrotexniki qaydalara uyğun olaraq, əkdiyi qarğıdalıya qulluq edib. Hesab edirik ki, yol kənarına yaxın olan sahələrdə əkilmiş hektarlarla qarğıdalı sahələri, həm də kənd təsərrüfatı rayonu olan Balakən rayonunun yaxşı göstəricilərindən biridir.
Diaspor.info
Balakən bürosu.
469