Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır.
Diaspor info-nun xəbərinə görə, bu barədə Aİ xarici siyasət idarəsinin başçısı Jozep Borrel sosial media hesabında yazıb.
“Biz diplomatiyanın uğursuzluqla nəticələnəcəyi halda buna hazırıq və bütün variantları nəzərdən keçiririk. Buraya, Rusiyanın qaz tədarükünü azaldacağı və ya dayandırmaq qərarına gəldiyi təqdirdə, qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləməklə dayanıqlılığımızı gücləndirmək daxildir” - deyə Borrel bildirib.
151