Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb.
Ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 791 milyon 71 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilə nisbətən 484 milyon 976 min dollar çoxdur.
2021-ci ildə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 926 milyon 570 min dollar olub.
166